Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Donald Trampla Si Cinpin arasındakı tarixi görüş başa çatdı - Fotolar

Tarix 14.05.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasındakı görüş başa çatıb.

İki saatdan çox davam edən görüşün iki ölkə arasında uzun fasilədən sonra keçirilən ən mühüm diplomatik təmaslardan biri kimi qiymətləndirilir.

Si Cinpin ABŞ Prezidentini Xalq Yığıncaqları Sarayının qarşısında rəsmi mərasimlə qarşılayıb. Daha sonra iki lider ikitərəfli görüşə keçib və görüşün əvvəlində qısa bəyanatlar veriblər.

Çin lideri bildirib ki, Çin və ABŞ arasındakı münasibətlər qlobal sabitlik üçün mühüm əhəmiyyət daşıyır: “Çin və ABŞ-nin nailiyyətləri qarşılıqlı fürsət yaradır. 2026-cı il ikitərəfli münasibətlər üçün həlledici ola bilər”.

Donald Tramp isə münasibətlərin daha da yaxşılaşacağına ümid etdiyini bildirib.

Görüşdə Yaxın Şərqdə davam edən müharibə, qlobal enerji təhlükəsizliyi, ticarət əlaqələri və xüsusilə Tayvan məsələsinin müzakirə olunacağı gözlənilir.

ABŞ tərəfi həmçinin Tayvana silah satışları və Honkonqda həbsdə olan media maqnatı Cimmi Leyin vəziyyətini gündəmə gətirməyi planlaşdırır.

Görüşün əsas mövzularından biri də Yaxın Şərqdə gərginliyin artması fonunda atəşkəs və enerji marşrutlarının təhlükəsizliyi olacaq. Xüsusilə Hörmüz boğazı ətrafındakı vəziyyətin sabitləşdirilməsi müzakirə ediləcək.

Eyni zamanda, aviasiya, kənd təsərrüfatı və enerji sektorlarında yeni ticarət razılaşmalarının imzalanması gözlənilir. ABŞ tərəfi Çin tərəfindən iri həcmdə “Boeing” təyyarələri, soya və LNG alışı ilə bağlı sazişlərə ümid edir.

Donald Tramp səfərə yüksəksəviyyəli nümayəndə heyəti ilə qatılıb. Nümayəndə heyətində dövlət katibi Marco Rubio, müdafiə naziri Pit Heqset və digər yüksək vəzifəli şəxslər yer alır.

Səfərin növbəti günlərində liderlərin rəsmi şam yeməyi və tarixi məkanlara birgə səfərləri də planlaşdırılıb.
 






Xəbərin oxunma sayı : 106




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap