Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

“Robert Koçaryan həbsxanada oturmalıdır“ - Paşinyan

Tarix 14.05.26, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


1 mart 2008-ci il hadisələri ilə bağlı bütün faktlar mövcuddur. “1 mart” işi 100% açılıb.

“Armenpress”in məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, Ermənistanın hüquq-mühafizə sistemi sabiq prezident Robert Koçaryanı hüquqi məsuliyyətə cəlb etməlidir, bir sözlə, Robert Koçaryan həbsxanada oturmalıdır: “Günahkarlar cəzalandırılmalıdır. Bütün faktlar var və 1 mart hadisəsinin Robert Koçaryan tərəfindən təşkil edildiyi aydındır və o, birmənalı şəkildə cavab verməlidir".

Paşinyanın sözlərinə görə, AİHM-in qərarında açıq şəkildə bildirilir ki, 1 mart 2008-ci ildə baş verənlər dövlət tərəfindən təşkil olunub və buna cavab verilməlidir: “İnsanlar məndən cavab tələb edirlər və insanlarda elə təəssürat yaranır ki, mən pərdəarxası razılaşmalarda iştirak edərək Robert Koçaryana və Qaqik Tsarukyana indulgensiya paylayıram. Mən deyirəm ki, ədalət bərpa olunmalıdır”.

Qeyd edək ki, 19 fevral 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra Ermənistanda kütləvi etirazlar başlayıb. Etirazlara Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan rəhbərlik edib. O və tərəfdarları Serj Sarkisyanın prezident seçildiyi seçkilərin nəticələri ilə razılaşmayıblar. Etirazçılar İrəvanın Azadlıq Meydanında çadırlar quraraq paytaxtın müxtəlif yerlərində yürüşlər və mitinqlər keçiriblər. 1 mart 2008-ci ildə etirazçılarla polis arasında kütləvi iğtişaşlar və toqquşmalar baş verib, nəticədə 10 nəfər ölüb. /"APA"



Xəbərin oxunma sayı : 208




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap