Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

AAK İsa Həbibbəylinin “çətirtutanı“na elmi dərəcə verdi - Detallar

Tarix 18.05.26, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən çətirtutanı kimi medianın gündəminə düşən AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov, nəhayət, əməyinin "bəhrəsi"ni görüb.

Coşqun Məmmədov Ali Attestasiya Komissiyasının (AAK) qərarıyla iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına sahiblənib.

Mia.az-ın əldə etdiyi məlumata görə, Çoşqun Məmmədovun elmi rəhbəri texnika elmləri doktoru, professor Məhəmməd Nurməhəmməd oğlu Nuriyev, rəsmi oppenetləri isə deputat, akademik Ziyad Səmədzadə və Allahyar Muradov olub: "O, ötən ilin noyabr ayına qədər Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən BFD 4.21 Birdəfəlik Dissertasiya Şurasına eli işini müdafiə edib. "AZƏRBAYCANDA ALTERNATİV VƏ BƏRPA OLUNAN ENERJİ İSTEHSALI MÜƏSSİSƏLƏRİNİN İNKİŞAFININ STİMULLAŞDIRILMASI" adlı dissertasiya işi Xəzər Universitetinin Iqtisadiyyat və Menecment Departamentində yerinə yetirilib...

Çoşqun Məmmədovla bağlı işin ən maraqlı tərəfi budur ki, AAK məhz onun üçün UNEC-in nəzdində "Birdəfəlik şura" yaradaraq ona müstəsna jest edib. Sual olunur, AAK və onun sədir Famil Mustafayev bu "əlahiddə jest"İ niyə və ya kimə görə edib? Axı UNEC-in səlahiyyət müddəti bitmiş şurasına yenidən səlahiyyət verməyən Famil Mustafayev niyə "birdəfəlik şura" "metodu" ilə davranır? Hər halda elm adamları və dairələri buna izah verməlidir".



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap