Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Avropada dərman böhranı: “Təminat sistemi artıq işləmir“

Tarix 19.05.26, 12:29

Font ölçüsü : - / +
bitmap-img6


Avropada yeni dərmanların əldə olunması problemi getdikcə dərinləşir. Hazırda tibbi preparatların təsdiqlənməsi üçün orta gözləmə müddəti 532 günə çatıb.

Bu barədə Avropa Əczaçılıq Sənayesi və Assosiasiyaları Federasiyasının (EFPIA) rəhbəri Natali Moll "Financial Times" (FT) nəşrinə verdiyi müsahibədə deyib.

Baş direktor deyib ki, Avropada dərman təminatı sistemi artıq işləmir.

O, bütün Avropa İttifaqı (Aİ) ölkələrində tibbi xidmətlərə və müalicəyə çıxışda yaranan ləngimələrin və qeyri-bərabərliyin daha da ağırlaşdığını vurğulayıb.

Natali Mollun sözlərinə görə, Aİ dövlətlərinin dərman xərcləri Ümumi Daxili Məhsulun (ÜDM) sadəcə 1%-nə bərabər olduğundan region əczaçılıq sektoruna yatırılan investisiyalar baxımından böyük zərərlə üzləşib. Müqayisə üçün qeyd edilib ki, analoji xərclər Çində ÜDM-in 1.8%-ni, ABŞ-də isə təqribən 2%-ni təşkil edir.

EFPIA sədri həmçinin xəbərdarlıq edib ki, əgər Avropa mövcud vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlər görməsə, əczaçılıq şirkətləri öz sərmayələrini sürətli şəkildə Amerika Birləşmiş Ştatlarına köçürəcəklər.



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap