Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Prezident BƏƏ-li naziri qəbul etdi - FOTOLAR

Tarix 17.05.26, 17:08

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev mayın 17-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueini qəbul edib.

AzFakt.com xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və vitse-prezident, Baş nazir və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana və Şeyx Məhəmməd bin Rəşid Al Məktuma çatdırmağı xahiş edib.

Suhail Al Mazrouei BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, burada qlobal şəhərsalma gündəliyi ilə bağlı vacib məsələlərin müzakirəsi üçün yaxşı imkanların olduğunu deyib.

Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin genişləndiyi məmnunluqla qeyd edilib, əməkdaşlığın müxtəlif istiqamətlərdə, həmçinin siyasi, iqtisadi, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələr üzrə inkişafı vurğulanıb.






Xəbərin oxunma sayı : 142




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap