Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Putinə yeni səlahiyyət verildi - Rusiya qoşunlarından ölkə xaricində də istifadə edəcək

Tarix 13.05.26, 18:28

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşlarda Prezidentin ölkə xaricində silahlı qüvvələrdən istifadə səlahiyyətlərini genişləndirən qanunu təsdiqləyib.

AzFakt.com xəbər verir ki, Rusiya mediası bununla bağlı rəsmi məlumat yayıb. "Vətəndaşlıq haqqında" və "Müdafiə haqqında" federal qanunlara düzəliş edən yeni sənədə görə, Vladimir Putin artıq xaricdə "həbs edilən, saxlanılan, barəsində cinayət təqibi və digər növ təqib aparılan Rusiya vətəndaşlarını qorumaq üçün” ordudan istifadə edə biləcək.

Qanuna izahat qeydinə görə, bu, Rusiya vətəndaşlarının "Rusiya Federasiyasının iştirakı olmadan səlahiyyətləri olan məhkəmələr" tərəfindən, eləcə də Rusiyanın tanımadığı beynəlxalq məhkəmə orqanları tərəfindən xaricdə həbs edildiyi hallara aiddir. Dövlət Dumasının mətbuat xidməti yazıb ki, yekdilliklə qəbul edilən qanun (384 deputat lehinə səs verib, əleyhinə və ya bitərəf qalan yoxdur) "Rusiya vətəndaşlarının dost olmayan xarici dövlətlərin qanunsuz hərəkətlərindən qorunmasını gücləndirməyi" hədəfləyir.

Bu qanunun qəbul edilməsinin əsas səbəblərindən biri də xarici sularda Rusiya “kölgə donanması”na aid gəmilərin və onların ekipajlarının həbsi zamanı Rusiyanın buna müdaxilə etməsi üçün “qanuni əsas” yaratmaqdır.

Qeyd olunur ki, Rusiya hakimiyyəti xüsusilə də aparıcı NATO dövlətlərinin Kremlin bir və ya daha çox Avropa ölkəsi ilə müharibəyə hazırlaşdığına dair bir sıra xəbərdarlıqlarından sonra Putinin başqa dövlətlərə ordu yeritmək səlahiyyətlərini genişləndirmək qərarına gəlib.

2026-cı ilin mart ayında ABŞ kəşfiyyatı xəbərdarlıq edib ki, Putin Ukraynadakı münaqişəni "qəsdən şiddətləndirə", hətta nüvə silahından istifadə təhlükəsi də daxil olmaqla, NATO ilə birbaşa qarşıdurma nöqtəsinə qədər gedə bilər.



Xəbərin oxunma sayı : 217




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap