Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

İraqın qərbində ikinci gizli hərbi baza aşkar edilib - İsrailə məxsus

Tarix 18.05.26, 12:19

Font ölçüsü : - / +
bitmap-img6


İraq ərazisində gizli hərbi obyektlərin yaradılması regionda yeni geosiyasi gərginlik yaradır...

İraq ərazisində İsrailə məxsus olduğu iddia edilən ikinci gizli hərbi bazanın mövcudluğu barədə məlumat yayılıb.

Bu barədə The New York Times nəşri İraq və region rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, İraq hakimiyyəti bir ildən artıq müddət ərzində öz ərazisinin gizli şəkildə iki İsrail hərbi bazasının yaradılması üçün istifadə olunmasına razılıq verib. Bildirilir ki, İsrail hərbçiləri bu obyektlərdən birinin hazırlanmasına 2024-cü ilin sonlarında başlayıblar.

Nəşr qeyd edir ki, ABŞ tərəfinin İraq daxilində üçüncü bir dövlətə məxsus hərbi qüvvələrin yerləşdirilməsi barədə məlumatı Bağdaddan gizlətmiş ola biləcəyi ehtimal edilir. Bu məlumatların açıqlanmasının ABŞ-ın regiondakı təsir imkanlarını ciddi şəkildə zəiflədə biləcəyi bildirilir.

Məqaləyə əsasən, İraq ordusu bu obyektlərdən birini uzaqdan müşahidə edib və daha sonra ABŞ tərəfinə əlavə məlumat üçün sorğu göndərib. Lakin həmin sorğulara cavab verilmədiyi qeyd olunur.

Digər hərbi bölmə isə bazaya yaxınlaşmağa cəhd edib, lakin atəşə məruz qalaraq geri çəkilməyə məcbur olub. Daha sonra adı açıqlanmayan İraq rəsmisi ölkə ərazisində ikinci belə bazanın mövcudluğunu təsdiqləyib.

Məlumatda vurğulanır ki, baza İraqın qərbində səhralıq ərazidə yerləşir, lakin onun dəqiq koordinatları açıqlanmır. Hadisə regionda təhlükəsizlik vəziyyətinin daha da mürəkkəbləşdiyi bir dövrdə baş verdiyi üçün beynəlxalq diqqətə səbəb olub.

Analitiklərin fikrincə, belə iddiaların doğruluğu təsdiqlənərsə, bu, Yaxın Şərqdə güc balansına və ABŞ-İraq münasibətlərinə ciddi təsir göstərə bilər. Eyni zamanda, İsrailin regiondakı gizli hərbi fəaliyyətləri ilə bağlı yeni suallar doğura bilər.



Xəbərin oxunma sayı : 205




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap