Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Azərbaycada “yaşıl sahələr“ 13 faizdən təxminən 38 faizə yüksəlib - Anar Quliyev

Tarix 17.05.26, 11:53

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda "yaşıl sahələr”in payı 13 faizdən təxminən 38 faizə qədər artıb.

Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısında deyib.

"Bu istiqamətdə aparılan işlərin davamı olaraq Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) və Baku Climate and Peace Hub ilə birlikdə WUF13 çərçivəsində "Smart Sustainable Settlements" adlı təhlükəsiz qayıdış paketi təşəbbüsünü başlatmağı planlaşdırır”, – deyə o bildirib.

Onun sözlərinə görə, layihə beynəlxalq səviyyədə qəbul olunmuş dayanıqlı bərpa və yenidənqurma standartlarının tətbiqinə dəstək verməyi hədəfləyir.

A. Quliyev qeyd edib ki, Azərbaycan dayanıqlı yenidənqurma, iqlimə həssas planlaşdırma, rəqəmsal transformasiya və inklüziv ərazi inkişafı vasitəsilə qlobal müzakirələrə töhfə vermək niyyətindədir.

"Azərbaycan BMT-nin Məskunlaşma Proqramı ilə tərəfdaşlığı yüksək qiymətləndirir və şəhərlərin qlobal inkişaf və iqlim həllərinin mərkəzində qalması üçün əməkdaşlığın gücləndirilməsinə sadiqdir”, – deyə o vurğulayıb.
O, çıxışının sonunda WUF13 iştirakçılarına məhsuldar müzakirələr və uğurlu tədbir arzulayıb.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap