Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

ABŞ Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşır - “Reuters”

Tarix 15.05.26, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Kuba inqilabının liderlərindən biri, ordu generalı Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşır.

“Reuters” agentliyi bu barədə ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb. Agentlik qeyd edir ki, 94 yaşlı Kastronun mümkün ittihamının vaxtı hələlik məlum deyil. Buna nail olmaq üçün Ədliyyə Nazirliyi böyük münsiflər heyətinin dəstəyini təmin etməlidir.

“CBS News” telekanalının məlumatına görə, ittihamlar 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin Mayamidə yerləşən “Qardaşlar köməyə gəlir” adlı mühacir təşkilatına məxsus iki təyyarəni vurması ilə əlaqəli ola bilər. Belə ki, Florida ştatının prokurorluğu bu iş üzrə istintaqı yenidən başladıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff dünən Kubaya səfəri zamanı Raul Kastronun nəvəsi Raul Gilermo Rodriges Kastro ilə görüşüb. O, Kubanın fundamental dəyişikliklər edəcəyi təqdirdə ABŞ-nin iqtisadi və təhlükəsizlik məsələləri üzrə ciddi əməkdaşlıq etməyə hazır olduğu barədə Prezident Trampın mesajını çatdırıb.

Martın 13-də Kuba Prezidenti Migel Dias-Kanel Havana və Vaşinqtonun ikitərəfli fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək məqsədilə danışıqlar apardığını açıqlamışdı. (AZƏRTAC)



Xəbərin oxunma sayı : 106




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap