Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Avropada Çinlə bağlı həyəcan siqnalı: Zavodlar bağlanma təhlükəsi ilə üz-üzə

Tarix 19.05.26, 16:21

Font ölçüsü : - / +
bitmap-img6


Çindən gələn ucuz mallar Avropa sənayesini çətin vəziyyətə salıb.

Bu barədə "Haber Global" məqalə dərc edib.

Bildirilib ki, ixtisarların və fabrik bağlamalarının çoxaldığı bir vaxtda, Avropa İttifaqı (Aİ) rəhbərliyi "İkinci Çin Şoku"nun qarşısını almaq üçün təcili planlar hazırlayır. Aİ məkanında Çindən asılılığın yüksəlməsi sənaye sektorunda narahatlıq yaradıb. Xüsusilə xammal, aralıq ehtiyat hissələri və mühüm komponentlər üzrə Çinə həddindən artıq bağlanan Avropa iqtisadiyyatının növbəti "Çin Şoku" riski ilə üzləşdiyi bildirilir.

Ekspertlərin fikrincə, mövcud vəziyyət təxminən 25 il əvvəl Çinin Ümumdünya Ticarət Təşkilatına daxil olmasından sonra yaranan və milyonlarla insanın işini itirməsi ilə nəticələnən iqtisadi böhrana bənzəyir. Lakin bu dəfəki təhlükənin miqyasının daha böyük olduğu qeyd edilir. Müəllif qeyd edir ki, avropalı istehsalçılar üçün əsas təhdidin təkcə Çindən idxal edilən ucuz elektromobillər olmadığı vurğulanır. Mütəxəssislər hesab edirlər ki, əsas problem sənayenin bünövrəsi sayılan istehsal komponentləri və aralıq məhsullarda müşahidə olunur. Kimyəvi xammaldan tutmuş maşın hissələrinə, əczaçılıq sənayesindən plastik istehsala qədər bir çox həssas sahələrdə Avropanın Çindən asılılığı rekord həddə çatıb.

Çinin tətbiq etdiyi dövlət subsidiyaları və aşağı məzənnə siyasəti məhsulların Avropa bazarında 30-50 faiz daha ucuz satılmasına imkan verir ki, bu da yerli şirkətləri Çin tədarükçülərinə meylləndirir.

Xüsusən Almaniyanın avtomobil və maşınqayırma sektorlarında kütləvi işsizlik qorxusu artmaqdadır. Sənaye nümayəndələri xəbərdarlıq edirlər ki, hazırkı vəziyyət davam edərsə, Avropada fəaliyyət göstərən bir çox zavodlar bağlana bilər. Strateji sektorlarda Çin hegemoniyasının güclənməsi Avropa Komissiyasını da hərəkətə gətirib. Brüssel rəhbərliyinin şirkətlərdən strateji komponentləri ən azı üç fərqli mənbədən təmin etməyi tələb edəcək yeni qaydalar üzərində işlədiyi deyilir.

Bundan əlavə, Avropa istehsalını təşviq etmək məqsədi daşıyan "Made in EU" tipli yeni sənaye qanunlarının da müzakirə edildiyi bildirilir. Lakin bu qanunların qəbul edilib, tətbiq olunmasının illər çəkəcəyi və bu müddət ərzində Avropa sənayesinin daha ağır zərbələr ala biləcəyi vurğulanır.

Ekspertləri hesab edirlər ki, mövcud ticarət disbalansı eyni tempdə davam edərsə, problem sadəcə iqtisadi müstəvidə qalmayacaq. Xüsusilə texnologiya, avtomobil, əczaçılıq və enerji kimi mühüm sahələrdə Çindən həddindən artıq asılı olmağın Avropa üçün birbaşa təhlükəsizlik riski yarada biləcəyi təxmin edilir.





Xəbərin oxunma sayı : 238




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap