“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycan valyuta ehtiyatları ÜDM-dən çox olan azsaylı ölkələrdəndir - RƏQƏMLƏR

Tarix 02.01.26, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində ölkənin valyuta ehtiyatlarının tarixi rekord həddə çatdığını - 80 milyard dollardan artıq olduğunu bildirdi. Azərbaycan dünyada valyuta ehtiyatları ümumdaxili məhsulundan (ÜDM) çox olan azsaylı ölkələrdəndir".

Bu fikirləri deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.

bitmap-img6

O qeyd edib ki, hazırda Azərbaycanın valyuta ehtiyatları onun ÜDM-dən 8 faiz çoxdur:

"2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları 14 faiz artaraq 83.6 milyard dollara çatıb. Dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi rol oynayır. Son illər qızıla sərmayə qoyuluşunu artıran Neft Fondunun qızıl portfeli 185 tona çatıb. Fondun investisiya portfelində isə yenə də ABŞ dolları üstünlük təşkil edir. Portfelin 68 faizi dollarda saxlanılır. Əksər dövlətlərdə hələ də valyuta ehtiyatları ÜDM-in kiçik hissəsini təşkil etməkdədir. Müqayisə üçün qeyd edək ki, bu nisbət Sinqapurda 66, Rusiyada 17, Braziliyada 14, Çində 6.2 faizdir. Avropa ölkələrində isə ümumiyyətlə bu nisbət aşağıdır. Məsələn, Almaniyada bu göstərici cəmi 0.7 faizdir. İqtisadiyyatı böyük olan sənaye dövlətlərində ÜDM-in həcmi bu nisbətə təsir göstərsə də, "orta güc" dövlətləri üçün valyuta ehtiyatlarının həcmi olduqca əhəmiyyətlidir. Bu iqtisadiyyatın dayanıqlığı və fiskal xərclərin fasiləsiz təminatı baxımdan da vacibdir".



Xəbərin oxunma sayı : 103




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap