“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Aylıq 60 min qazanca ümid edirdi - 300 min manat itirdi

Tarix 28.01.26, 21:43

Font ölçüsü : - / +
bitmap-img6


Külli miqdarda dələduzluqda ittiham edilən 42 yaşlı Rusif Əliyevə (soyad şərtidir) hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli hesab edib.

Araşdırmalarla müəyyən edilib ki, Rusif Ruslan adlı tanışı vasitəsilə tanıdığı Arzu adlı sahibkara 300 min manat pul “atıb”. Belə ki, Abşeron rayonu Masazır qəsəbəsində çoxsaylı binaların olduğu “Qurtuluş 93” yaşayış kompleksinin meneceri Ruslan Kasyumov Arzuya armatur biznesində yaxşı pul olduğunu deyərək onu Rusiflə tanış edib. Onlar Arzuya bu biznesə 300 min manat qoyacağı təqdirdə aylıq 50-60 min manat qazanacağını söyləyiblər. Ruslan həmçinin bildirib ki, kompleksin Rusifə yarım milyona qədər borcu var və bu biznesin zərərlə üzləşmə ehtimalı yoxdur.

Bundan sonra Arzu Rusiflə paytaxtın Yasamal rayonunda görüşərək ona hissə-hissə olmaqla 300 min manat verib. Lakin bir müddət sonra ona vəd edilən gəlir ödənilməyib. Eyni zamanda verdiyi pulların əsas hissəsini də ala bilməyib. O, polisə müraciət edib və cinayət işi açılaraq istintaq aparılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ruslan Kasyumov 2024-cü ildə Azərbaycanı tərk edib.

Zərərçəkmiş sahibkar məhkəmədə bildirib ki, bu işdə Ruslanın da rol oynadığını düşünür və o da məsuliyyətə cəlb edilməlidir.

Məhkəmənin hökmü ilə Rusifə 6 il 6 ay həbs cəzası verilib.



Xəbərin oxunma sayı : 151




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap