Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Moskvada partladılan generalın kimliyi məlum oldu - Nazirliyin idarə rəisi idi

Tarix 10.06.26, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün səhər Moskva vilayətinin Balaşixa şəhərində partladılan avtomobildə Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin rəisi Damir Davıdov həlak olub.

Bu barədə Rusiya təhlükəsizlik qüvvələrinə yaxınlığı ilə tanınan “VÇK-OGPU” Telegram kanalı məlumat verib.

“The Insıder” yazır ki, 57 yaşlı Damir Davıdov general-leytenant rütbəsi daşıyıb və Balaşixadakı Kojedub küçəsində yaşayıb. Əməliyyatın Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən həyata keçirildiyi bildirilir. Davıdov 4 fevral 1969-cu ildə Penza-19 (Zareçnı) qapalı şəhərində anadan olub. Atası 2002-ci ilə qədər nüvə raketləri istehsal edən "Start" istehsalat birliyində çalışıb. Davıdov ixtisaslaşmış hərbi-texniki təhsil alıb və raket mühərrikləri və artilleriya sursatı sahəsində bir neçə patent qeydiyyatdan keçirib.

Ukrayna uzun müddətdir ki, bu generalı müharibə cinayətlərinin iştirakçısı kimi hədəfə alıb. Ukraynanın "Cəlladlar Kitabı"na görə, Davıdov 24 fevral 2022-ci ildə Rusiya hərbi işğalının planlaşdırılmasında və təşkilində birbaşa iştirak edib.

"Kommersant" nəşri yazıb ki, Davıdovun avtomobilinin altında 500 qrama yaxın trotil gücünə malik partlayıcı qurğu partlayıb. İstintaq Komitəsi cinayət işi açıb.





Xəbərin oxunma sayı : 145




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap