Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Aviabletlərin qiyməti bahalaşacaq - Səbəb nədir?

Tarix 10.06.26, 11:25

Font ölçüsü : - / +
bitmap-img6


Aviaşirkətlər 2026-cı ildə artan yanacaq xərcləri səbəbindən ciddi maliyyə təzyiqi ilə üzləşə bilər. 

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Villi Uelş Rio-de-Janeyroda keçirilən təşkilatın illik toplantısında bildirib ki, bu il qlobal aviasiya sektoru təyyarə yanacağına əvvəlki illə müqayisədə təxminən 100 milyard dollar daha çox vəsait xərcləyəcək.

Uelşin sözlərinə görə, yanacaq qiymətlərindəki kəskin artım aviaşirkətlərin gəlirliliyinə ciddi təsir göstərir və bu vəziyyətin sərnişinlər üçün aviabiletlərin bahalaşması ilə nəticələnəcəyi gözlənilir. O qeyd edib ki, reaktiv yanacağın qiymətinin illik müqayisədə 70 faiz yüksəlməsi səbəbindən qlobal aviaşirkətlərin ümumi xalis mənfəəti 2026-cı ildə 45 milyard dollardan 23 milyard dollara enə bilər.

ABŞ Nəqliyyat Statistikası Bürosunun (BTS) məlumatına görə, ölkə aviaşirkətləri təkcə aprel ayında yanacaq üçün təxminən 6,5 milyard dollar xərcləyib. Bu göstərici mart ayı ilə müqayisədə 26 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 78 faiz çoxdur. Apreldə reaktiv yanacağın bir qalonunun orta qiyməti 4,11 dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 1,81 dollar yüksəkdir.

Enerji bazarındakı bahalaşmanın əsas səbəblərindən biri İran ətrafında davam edən hərbi gərginlik hesab olunur. ABŞ və İsrailin fevral ayında İrana qarşı həyata keçirdiyi zərbələrdən sonra Tehran Hörmüz boğazından keçidi məhdudlaşdırıb. Dünyada neft daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi bu strateji marşrutda gəmi hərəkətinin azalması qlobal enerji qiymətlərinin yüksəlməsinə səbəb olub.

IATA-nın hesabatında qeyd olunur ki, aviaşirkətlərin bir sərnişindən əldə etdiyi orta mənfəət də əhəmiyyətli dərəcədə azalacaq. Belə ki, bu göstəricinin 2025-ci ildəki 9,10 dollardan 2026-cı ildə 4,50 dollara düşəcəyi proqnozlaşdırılır.

Aviaşirkətlər hesab edir ki, yüksək yanacaq qiymətləri uzun müddət davam edəcək. “United Airlines” neftin bir barelinin qiymətinin 2027-ci ilin sonunadək 100 dollardan yuxarı qalacağını proqnozlaşdırır. “Air New Zealand” isə artan xərclərin yalnız 25-40 faizini bilet qiymətlərinin artırılması hesabına kompensasiya edə bildiyini açıqlayıb.

Qeyd olunur ki, mövcud vəziyyət fonunda bir sıra aviaşirkətlər artıq bəzi marşrutlarda reyslərin sayını azaltmağa, yeni təyyarələrin qəbulunu təxirə salmağa və əlavə xərcləri kompensasiya etmək üçün tarifləri artırmağa başlayıblar.



Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap