Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Təhsil Nazirliyində adamım var“ dedi, 63 min manat mənimsədi - Məhkəmə

Tarix 09.06.26, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Vətəndaşları işə düzəltmək, ali məktəbə qəbul etdirmək və müəllimlik fəaliyyətini bərpa etdirmək vədi ilə aldadaraq on minlərlə manat pul ələ keçirən şəxs hakim qarşısına çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Vasif Nağıyev (şərti) Elm və Təhsil Nazirliyində və digər dövlət qurumlarında yüksək vəzifəli tanışlarının olduğunu bildirərək müxtəlif şəxslərin etibarını qazanıb. O, zərərçəkmişlərə övladlarını ali təhsil müəssisələrinə qəbul etdirəcəyini, dövlət qurumlarında işlə təmin edəcəyini və müəllimlərin yenidən işə bərpa olunmasına kömək göstərəcəyini vəd edib.

Bu yolla Vasif Nağıyev bir nəfərdən qızını "ASAN Xidmət"ə işə düzəltmək adı ilə 9 min manat, digər şəxsdən müəllim kimi işə düzəltmək vədi ilə 15 min manat, başqa bir zərərçəkmişdən oğlunu Azərbaycan İdman Akademiyasına qəbul etdirmək adı ilə 12 min manat alıb.

Təqsirləndirilən şəxs həmçinin sertifikasiya imtahanından sonra işdən uzaqlaşdırılmış iki müəllimi yenidən işə bərpa etdirəcəyini bildirərək onlardan müvafiq olaraq 12 min və 15 min manat pul alıb. Lakin verilən vədlərin heç biri yerinə yetirilməyib.

Beləliklə, təqsirləndirilən şəxs ümumilikdə 63 min manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmişlərə xeyli miqdarda ziyan vurub.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq – təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.



Xəbərin oxunma sayı : 199




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap