“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Masazır sakinlərini qorxudan məsələnin aqibəti necə oldu? - VİDEO

Tarix 06.09.26, 11:54

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonunun Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsindəki həyət evlərinin sakinləri ərazidə aparılan çoxmərtəbəli bina tikintilərindən narazıdırlar.

AzFakt.com Baku TV-ə istinadla xəbər verir ki, sakinlər tikinti ilə öz evləri arasındakı məsafənin cəmi iki-üç metr təşkil etdiyini bildirirlər.

Vətəndaşların sözlərinə görə, onların razılığı olmadan başlayan işlər zamanı evlərin təhlükə altına düşməsi və ətrafın toz-torpaqla çirklənməsi əsas narahatlıq doğuran məqamlardandır.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, əməkdaşları tərəfindən sözügedən ərazidə keçirilən monitorinq zamanı Masazır kəndi, Rafiq Dünyamalıyev küçəsi, 14 ünvanında vətəndaş Həsənov Rəşad Rasim oğlu tərəfindən müvafiq icazə sənədləri olmadan bünövrə tikintisi işlərinin aparıldığı aşkar edilib:

"Aşkar edilmiş pozuntu ilə əlaqədar icra hakimiyyəti tərəfindən tikinti işləri dayandırılıb və vətəndaşa müvafiq xəbərdarlıq edilib. Vətəndaş barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə məlumat aidiyyəti qurumlara göndərilib".



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap