“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında ciddi FƏRQ

Tarix 05.09.26, 15:29

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır.

AzFakt.com Modern.az-a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 manat olub.

Beləliklə, qadınlar kişilərdən orta hesabla 389,4 manat və ya 30,8 faiz az əməkhaqqı alıblar. Başqa sözlə, qadınların orta maaşı kişilərin qazancının təxminən 69 faizinə bərabər olub.

Maaş fərqinin ən yüksək olduğu sahələrdən biri maliyyə və sığorta fəaliyyəti olub. Bu sektorda kişilərin orta aylıq əmək haqqı 3437,8 manat, qadınların maaşı isə 2016,8 manat təşkil edib. Fərq 1421 manata çatıb. 

Peşə, elmi və texniki fəaliyyət sahəsində kişilər orta hesabla 2349 manat, qadınlar 1224,3 manat qazanıblar. Bu sahədə gender üzrə maaş fərqi 1124,7 manat olub. 

Mədənçıxarma sənayesində kişilərin orta maaşı 3857 manat, qadınların isə 2884,1 manat təşkil edib. İnformasiya və rabitə sahəsində kişilər 2008,6 manat, qadınlar 1580,3 manat əmək haqqı alıblar. 

Maaş fərqinin nisbətən az olduğu sahələrdən biri təhsildir. Burada kişilərin orta aylıq nominal əmək haqqı 875 manat, qadınların maaşı isə 788,2 manat olub. Fərq 86,8 manat təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə ölkə üzrə orta aylıq nominal əmək haqqı 1103,2 manat olub.



Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap