“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Şahin Mustafayev iranlı nazirlə danışdı - Nələr müzakirə olundu?

Tarix 06.09.26, 13:58

Font ölçüsü : - / +
bitmap-img6


İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Şahin Mustafayev arasında telefon danışığı olub.

AzFakt.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər ikitərəfli münasibətlərdəki son hadisələri, xüsusilə tranzit, energetika və sərhəd infrastrukturu sahələrində iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.
 
Bildirilib ki, tərəflər iki ölkə arasında münasibətlərin artan dinamikasını yüksək qiymətləndirərək yüksəksəviyyəli məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qaz, elektrik enerjisi və nəqliyyat sahələrində keçirilən ixtisaslaşmış görüşlərə toxunan Fərzanə Sadiq həmin görüşlərdə qəbul olunan qərarların icrasına nəzarət etmək üçün birgə komitələrin yaradılması prosesinin sürətləndirilməsinə çağırıb.

Son regional gərginliklər nəticəsində nəqliyyat infrastrukturuna dəyən ziyana diqqət çəkən iranlı nazir deyib:

"Mövcud problemlərə baxmayaraq, zədələnmiş nəqliyyat marşrutlarının bərpası prioritet məsələdir və icra olunan infrastruktur layihələrinin tamamlanması prosesi fasiləsiz davam edir".

O, Tehran və Bakı arasında əlaqələrin möhkəmləndirilməsini iki ölkə prezidentlərinin iradəsi ilə əlaqələndirib.

Telefon danışığı zamanı Şahin Mustafayev də dəmir yolu layihələrinin icrasının gedişatından razılığını ifadə edərək deyib:
 
"Azərbaycan ərazisində Ağbənd qəsəbəsinə qədər olan dəmir yolu xətti tamamlanıb. İrana aparan hissənin başa çatdırılması ilə biz regionun tranzit və logistika imkanlarında əhəmiyyətli dəyişikliklərin şahidi olacağıq".

Şahin Mustafayev İranın Yol və Şəhərsalma Nazirliyinin infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması istiqamətindəki peşəkar fəaliyyətini yüksək qiymətləndirib.

Söhbətin sonunda tərəflər son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıb, strateji və iqtisadi əməkdaşlığın dərinləşdirilməsini regionda sabitlik və inkişafın əsas istiqamətlərindən biri kimi vurğulayıblar. 



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap