“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mbappedən Zidanla bağlı maraqlı xatirə - “13-14 yaşım var idi...“

Tarix 21.09.26, 23:44

Font ölçüsü : - / +
bitmap-img6


Kilian Mbappe Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidandan danışıb.

"Reuters" nəşrinin məlumatına görə, Fransa millisinin kapitanı yeni çalışdırıcı ilə bağlı xatirəsini bölüşüb. Mbappe bildirib ki, Zidan onun karyerasında hələ yeniyetməlik illərindən mühüm rol oynayıb. O, Zidanın 13-14 yaşında olarkən onu “Real”ın məşq bazasına apardığını xatırlayıb:

“İllər əvvəl o, məni “Real”ın məşq bazasına aparmışdı, 13-14 yaşım var idi. Bu, çox uzun zaman əvvəl baş vermişdi. İndi isə o, mənim milli komandamın baş məşqçisidir. Bu, sanki filmdən bir səhnədir. Amma o, ən yüksək səviyyəli mütəxəssisdir”.

Mbappe yeni məşqçi ilə Fransa millisində fərqli mərhələnin başlayacağını deyib:

“Bu, yeni məşqçi ilə yeni mərhələdir. Hamı üçün yeni təcrübə olacaq. Çünki biz yalnız Deşamla işləmişik. Dəyişiklik olacaq, amma hər şeyin çox yaxşı nəticələnəcəyini düşünürəm”.

Qeyd edək ki, Zidanın Fransa millisində ilk oyunu sentyabrın 25-də Türkiyəyə qarşı olacaq. Fransa daha sonra Belçika və İtaliya ilə qarşılaşacaq.



Xəbərin oxunma sayı : 139




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap