“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Aqil Ələsgər Tokayev adına orden ilə təltif edilib - FOTO

Tarix 03.10.26, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin sədr müavini və "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda iştirak edib.

AzFakt.com xəbər verir ki, Almatı şəhərində baş tutan tədbir dünyaca məşhur qazax şairi və ictimai xadimi Oljas Süleymanovun 90 illik yubileyinə həsr olunan "Bilik mədəniyyətinə dəstək" IX Beynəlxalq Konfransı çərçivəsində keçirilib.

"XX əsrin ikinci yarısında Mərkəzi Asiyanın intellektual tarixi" mövzusuna həsr olunan konfrans Mərkəzi Asiya və Türk dünyasının elmi, tarixi-mədəni əlaqələrinin dərindən öyrənilməsi və intellektual irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma rolunu oynayır.

Aqil Ələsgər konfrans çərçivəsində Türk dünyasının media və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir araya gəlib və ölkəmizin Türk dünyasında əhəmiyyətli yer tutduğu barədə görüşlərdə mövqe nümayiş etdirib.

Səfər çərçivəsində Aqil Ələsgər Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, eləcə də dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına "Kəməl Ata Kəməngər" ordeni ilə təltif olunub.

Mükafatı jurnalistə Oljas Süleymanovun rəhbərlik etdiyi YUNESKO-nun nəzdində fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin direktor müavini Səltənət Aşimova təqdim edib.

Xatırladaq ki, ordenin adını daşıyan Kəməl Tokayev tanınmış qazax yazıçısı, İkinci Dünya müharibəsi iştirakçısı və Qazaxıstan Respublikasının hazırkı Prezidenti Qasım-Comərd Tokayevin atasıdır.

media-6d5e4742-d75b-448a-a4a4-78770a3ff1d6 media-a6962941-c493-4ee2-83f4-d3d2b043a99emedia-7b877a38-72e3-4dd4-979c-6b8798715ead






Xəbərin oxunma sayı : 160




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap