| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Zəfərin ilk müjdəçisi - Cəbrayıl
Tarix 05.10.26, 7:09 |
|
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Cəbrayıl rayonu işğaldan azad edildi.
Bu mühüm qələbə müharibənin gedişində yeni mərhələnin başlanğıcı oldu. Cəbrayılın azad olunması ilə cəbhədə üstünlük qazanan ordumuz Xocavənd rayonunun cənub kəndləri və strateji baxımdan vacib olan Hadrut qəsəbəsi istiqamətində genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməyə başladı. Bu uğurlar Vətən müharibəsində qazanılan ümumi Zəfərin təməlini qoydu. Əldə olunan üstünlük nəticəsində Azərbaycan Ordusu ardıcıl şəkildə Zəngilan, Qubadlı və Laçın rayonlarının cənub hissəsini düşməndən azad etdi. Ən önəmlisi isə Laçın dəhlizi üzərində nəzarətin təmin olunması oldu ki, bu da Ermənistanla birbaşa təmas xətlərində üstün mövqe əldə etməyə imkan verdi. Beləliklə Cəbrayıl əməliyyatı təkcə bir rayonun azad olunması ilə yekunlaşmadı, bu, ümumi Zəfərin başlanğıc nöqtələrindən biri kimi tarixə düşdü və son nəticədə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında həlledici rol oynadı.
Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi: “Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi.Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. “
Beləliklə, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan Bayrağını ucaltması müasir tariximizdə böyük siyasi və tarixi hadisə kimi yadda qaldı. Bildiyimiz kimi, Xudafərin körpüsü sadəcə bir memarlıq abidəsi deyil, bu əsrlərlə Azərbaycan torpaqlarının suverenliyini, sivilizasiyalar arasında əlaqəni və milli kimliyimizi simvolizə edən tarixi keçid nöqtəsidir. İşğal dövründə bu abidə də mənəvi və fiziki baxımdan təcavüzə məruz qalmışdı. 2020-ci ilin oktyabrında körpünün yerləşdiyi ərazilərin işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm bir mərhələ oldu. Bu hadisə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın öz torpaqları uğrunda apardığı haqq mübarizəsinin rəmzinə çevrildi. Tarixi və mədəni dəyərlərin qaytarılması ilə xalqın milli qüruru, ədalətə olan inamı və dövlətə bağlılığı daha da gücləndi. Prezident İlham Əliyevin də dediyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi.
2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22 min 775 əsgər və zabitimiz Prezidentin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr-Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı ölkəmizin müasir tarixində prioritet istiqamətlərdən biridir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində atılan ən önəmli addımlardan biri də “Araz Vadisi İqtisadi Zonası”nın yaradılmasıdır. Bu mühüm layihə həm Cəbrayıl rayonunun, həm də ümumilikdə regionun sosial-iqtisadi inkişafına ciddi təkan verməyi hədəfləyir. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təsis edilmiş və parkın idarə olunması İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) həvalə olunmuşdur. Sənaye parkının əsas fəaliyyət istiqamətləri geniş və çoxşaxəlidir. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük məntəqəsi, yanacaqdoldurma stansiyaları, eləcə də avtomobil və digər texnikaların təmiri xidmətləri nəzərdə tutulur. Bu infrastruktur Cəbrayılı nəqliyyat-logistika baxımından strateji mərkəzə çevirməyə imkan verəcək. Ümumi sahəsi 200 hektar olan bu iri layihə artıq real nəticələr verməkdədir. “Araz Vadisi İqtisadi Zonası” təkcə Cəbrayıl üçün deyil, bütün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları üçün inkişaf, məşğulluq və iqtisadi dirçəlişin mərkəzinə çevrilməkdədir.
Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində Cəbrayıl yeni dövrə qədəm qoyur. Prezident İlham Əliyevin tapşırığı ilə Cəbrayıla köç prosesi artıq intensiv şəkildə davam edir. Azərbaycan dövləti bu əraziləri ağıllı kənd və şəhər modeli əsasında yenidən qurur. Bütün bu işlər tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cəbrayılın gələcəyinin müasir, dayanıqlı və ekoloji cəhətdən təmiz bir şəhər olaraq formalaşmasına xidmət edir.
Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı rayon inzibati cəhətdən 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 1050 kvadrat kilometr ərazini əhatə edən, 52 min 604 nəfər əhalisi olan bu rayon qısa zaman ərzində erməni vandalizminin hədəfinə çevrildi. İşğal nəticəsində Cəbrayıla ümumilikdə 13 milyard 928 milyon ABŞ dolları məbləğində maddi ziyan dəydi. Təkcə iqtisadi deyil, həm də mədəni və tarixi baxımdan rayon ağır itkilər verdi. 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 150-dək mədəniyyət ocağı və 132 tarixi abidə tamamilə dağıdıldı. 100-ə yaxın kənd yer üzündən silindi. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil oldu. Bu torpaqlar uğrunda göstərilən qəhrəmanlıqlara görə 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Şamil Heydərov
Xəbərin oxunma sayı : 190
Sosial
Xəbərlər
-
Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
-
Bu sənəd artıq kağızla verilməyəcək - YENİLİK
-
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar
-
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul etdi - FOTOLAR
-
Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - “Boz kardinal” nə deyəcək?
-
Rusiya bütün Donbası ələ keçirənədək dayanmayacaq - Peskov
-
Məktəblərin maliyyələşməsi dəyişir: 100 təhsil müəssisəsində yeni sistem
-
Prezident dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR
-
“Alim Qasımov toyumda oxumaq üçün 15000 istədi“ - Pünhan Piriyev
-
Yəməndə qızğın döyüşlər gedir - 1700-dən çox husi döyüşçüsü öldürülüb
-
Böyük Britaniya Çin avtomobillərinə rüsum tətbiq etməyə hazırlaşır - “The Times“
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
Vaşinqton və Minsk yaxınlaşır - 30 min tonluq yük yola düşdü
-
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
-
Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Neftin qiyməti 100 dollardan aşağı düşmür: Bloomberg 5 səbəb açıqlayıb
-
Adnan Əhmədzadənin “Grand-Mart“ında böhran? - Vergi borcu 1.2 milyonu ötdü
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Zəfərin ilk müjdəçisi - Cəbrayıl
-
Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsində qazanılan ilk döyüş uğurları idi
-
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
-
Şakiranın konsertinə Dua Lipa gələrsə - VİDEO
-
Tramp aralıq seçkilərlə bağlı iddialı danışıb: “Böyük sürpriz olacaq”
-
Gələn ildən artırılacağı gözlənilən minimum əməkhaqqı kimlərə şamil olunacaq? - VİDEO
-
Həyat yoldaşını qətlə yetirən şəxs Vətən müharibəsi qazisi imiş - ŞOK DETALLAR
-
Azərbaycan vətəndaşlarına Rusiyada döyüşmək üçün şirnikləşdirici pullar təklif edirlər - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - VİDEO
-
Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu? - İLGİNC
-
Pensiyalar nə qədər artacaq? - Yeni məbləğ açıqlandı
-
Zidan Ronaldu barədə: “Onun sayəsində inanılmaz kuboklar qazandım“
-
“Bu mənasız müharibəni dayandırın” - Merts Kiyevdən Putinə çağırış etdi
-
Tramp Super İntellekt Qüvvəsi yaratdı - 120 gün vaxt verdi
-
Paşinyanla “Mossad“ı nə birləşdir - ABŞ nəşrindən şok iddialar
-
Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO
-
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
-
“Tramp Marşrutu” bizim marşrutumuzun rəqibi deyil” - Kobaxidze
-
Britaniya hökuməti geri addım atıb - “Andlılar məhkəməsi” qalacaq
-
İran XİN-dən diplomatların ABŞ-dan qovulmasına münasibət: “Cəfəngiyyat və yalandır“
-
“Azərbaycana hücum ailəyə edilən hücumdur” - Hulusi Kılıç
-
Betonun üstündə yaşıllıq axtarışı: Bakını yaşıl şəhərə çevirmək mümkün olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Montellanın taleyi bəlli olur: Türkiyə millisindən ayrılsa, nə qədər təzminat alacaq?
-
Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - Maraqlı görüntülər
-
Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməlidir?
-
İran ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı tədbirlər görüb - Pezeşkian
-
Bakıda yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Məkkə Müdafiə Alyansı genişlənir: 6-dan çox ölkə yeni hərbi pakta qoşulmaq istəyir
-
Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır
-
Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq?
-
Bakıda daha bir dəbdəbəli toy - Kutsi də gəldi (VİDEO)
-
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama
-
ABŞ İran müharibəsindən dərs çıxarmalıdır - Medvedev
-
Ölkənin avtobus parkı “qocalır“ – 61 faizinin yaşı...
-
Kiyevdə daha bir körpü hədəfə alındı - Nəqliyyat dayandırıldı
-
Müharibə yaxınlaşır: Baltikyanı ölkələr müdafiəyə ciddi hazırlaşır
-
Bakıda fərdi ev uçdu - Ölən və yaralanan var - Video
-
“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” - Video
-
Abşeronda yaşayış binasında partlayış: Xəsarət alan var
-
Bu ərazilərdə temperatur -5 dərəcəyədək enib - Fotolar
-
2030-a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? - HƏDƏFLƏR
-
Nazir 400-ə yaxın müəllimi təltif etdi – SİYAHI
-
Paytaxtın ən ucuz mənzilləri - 30 min manatdan başlayır
-
Azərbaycanla delimitasiya prosesi dostluq ruhunda davam etdiriləcək - Kobaxidze
-
Nüvə güclərinin liderləri ilə yaxşı münasibətlər vacibdir - Tramp
-
Cəbrayıl şəhərin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür
-
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir?
-
Məşhur şirkətlərin rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
-
İran yenidən bombalanacaq - Tehran böyük hücuma hazırlaşır
-
6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Britaniyalıların 49%-i Aİ-yə qayıtmaq istəyir - “The Guardian”
-
Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib? - VİDEO
-
Arvadı evdən çölə buraxmayan kişilər cərimələnə bilər - 300-500 manat
-
Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
-
Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?
-
Aqil Ələsgər Tokayev adına orden ilə təltif edilib - FOTO
-
Marketdən 1400 manat dəyərində lotereya biletləri oğurlandı - Saxlanılan var
-
Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu “tapdı“: “Ermənistan vətəndaşı Tanrıya inanmalıdır“
-
Güclü yağışlar Zaqatalada fəsadlar törətdi: Körpü dağıldı - FOTO
-
Səudiyyə Ərəbistanı Avropadan husilərlə müharibəyə qoşulmağı xahiş edir - “Bild“
-
Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu
-
DİN narkotiklə bağlı əməliyyat keçirdi - Saxlanılanlardan biri İran vətəndaşıdır + Video
-
Vətəndaşın evini sökən “Gold Məkan” şefi həbs olundu - Həm qanunsuz söküb, həm də...
-
Nərimanovda silsilə oğurluqlar - 4 nəfər saxlanıldı
-
Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
-
Azərlotereya”nın “Kosmos” uduşu - Bəs vətəndaş yerdə nə udur?
-
Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - 15 oktyabrdan
-
Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?
-
Avropanı çətin payız-qış mövsümü gözləyir - “Qazprom”
-
Bayramovla Əraqçi telefonda danışdı - Nələr müzakirə olunub?
-
Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?
-
Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
-
Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO
-
Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - VİDEO
-
Ağ Evin aparıcı şəxsləri İranla bağlı gizli görüş keçiriblər - “Axios“
-
6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - VİDEO
-
Milli komandaların ən çox maaş alan 10 baş məşqçisi bəlli oldu - SİYAHI
-
“Artıq altı ildir ki, kirayədə yaşayıram” - Şəhid xanımına ev nə vaxt veriləcək?
-
Sabirabadda canavar təhükəsi - Xeyli heyvan tələf oldu (VİDEO)
-
Bakıda 870 min manatlıq avtomobil satışa çıxarıldı - FOTOLAR
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - FOTO
-
Qafar Dəmirçi “Ferrum Kapital”ın sədrliyindən getdi - 13 işçi işdən çıxarıldı
-
“Almaniyanın ən mühüm tərəfdaşı olaraq...“ - İlham Əliyev almaniyalı həmkarına yazdı
-
Marketlərdə toyuq filesi qıtlığı yaranıb - Qiymətlər artıb (VİDEO)
-
Qusara və Şahdağa qar yağır - FAKTİKİ HAVA
-
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi - FOTOLAR
-
Anar Bayramov əmr imzaladı - İlkin Namazov vəzifəsindən azad edildi
-
Elçin Əmirbəyov İsveçrə rəsmiləri ilə görüşlər keçirib - Nələr müzakirə olunub?
-
Tovuzda dəhşətli hadisə: Anasının üzərinə benzin tökərək yandırdı
-
Boşanmaq üçün məhkəməyə müraciət etdi, evində qətlə yetirildi - VİDEO
-
Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır
-
Azərbaycan xalqının gələcək taleyini müəyyən edən mühüm başlanğıcların əsasının qoyulduğu tarix
-
Türkiyədə 31 milyard lirədən çox vergi fırıldağı - 52 nəfər saxlanıldı
-
“Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər“ - Tramp
-
“Manatlıq” taksilər yığışdırıldı: Yolda qalan sərnişin nə etsin?
-
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları” - Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
-
Dələduzlar adamları yeni üsulla aldadırlar - DTX məlumat yaydı
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - ŞİKAYƏT (VİDEO)
-
Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi
TOP 10
ARXİV






