“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Sabah“ və “Qarabağ“ Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI

Tarix 12.09.26, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


Son 10 ildə UEFA Çempionlar Liqasında iştirak edən klublar arasında heyətinin ümumi dəyəri ən aşağı olan komandaların siyahısı açıqlanıb.

Oxu.Az "Transfermarkt" portalına istinadən xəbər verir ki, siyahıda Azərbaycanın iki təmsilçisi yer alıb.

"Qarabağ" 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində debüt edərkən komandanın heyətinin ümumi dəyəri 17.3 milyon avro olub. Ağdam təmsilçisi bu göstərici ilə dördüncü pillədə qərarlaşıb. Cari mövsümdə tarixində ilk dəfə turnirin liqa mərhələsində mübarizə aparan "Sabah" isə 19 milyon avroluq heyət dəyəri ilə beşinci sırada yer alıb.

Siyahıya 2021/22 mövsümündə 12.3 milyon avroluq heyətlə Moldova "Şerif"i başçılıq edir. Qazaxıstanın "Kayrat"ı 12.8 milyon avro ilə ikinci, Sloveniyanın "Maribor"u isə 13.9 milyon avro ilə üçüncü sıradadır.

İlk 10-luq belədir:

1. "Şerif" (Moldova, 2021/22) - 12.3 milyon avro;

2. "Kayrat" (Qazaxıstan, 2025/26) - 12.8 milyon avro;

3. "Maribor" (Sloveniya, 2017/18) - 13.9 milyon avro;

4. "Qarabağ" (Azərbaycan, 2017/18) - 17.3 milyon avro;

5. "Sabah" (Azərbaycan, 2026/27) - 19 milyon avro;

6. "Nikosia" (Kipr, 2017/18) - 19.3 milyon avro;

7. "Makkabi Hayfa" (İsrail, 2022/23) - 20.3 milyon avro;

8. "Slovan" (Bratislava, Slovakiya, 2024/25) - 20.9 milyon avro;

9. "Pafos" (Kipr, 2025/26) - 22.7 milyon avro;

10. "Ferentsvaroş" (Macarıstan, 2020/21) - 24.7 milyon avro.



Xəbərin oxunma sayı : 172




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap