“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yeni ildən pensiyalar necə hesablanacaq? - İqtisadçı AÇIQLADI

Tarix 05.10.26, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşməsi qaydası dəyişir. Bu dəyişiklik, gözlənildiyi kimi, müzakirələrə səbəb olub

AzFakt.com xəbər verir ki, iqtisadçı Natiq Cəfərli yeni qaydalarla bağlı sosial şəbəkə səhifəsində izahlı şərh verib. 

O hesab edir ki, təqaüdlərin hesablama və artım qaydaları tez-tez dəyişsə də, təqaüdlərlə bağlı əsas problem həll edilməmiş qalır. Bu problem isə onların aşağı olmasıdır: "Yeni qaydalara görə pensiyaların indeksləşdirilməsi diferensial (fərqli) qaydada aparılacaq və 0,2 ilə 0,5 əmsallar tədbiq ediləcək. Bu dəyişiklik ölkə üzrə orta aylıq əməkhaqqından (təxminən 1170 AZN) yüksək pensiya alan şəxslərə şamil ediləcək.

Sadə misalla izah: tutaq ki, rəsmi indeksləşmə faizi 10% müəyyən edilib:

1000 manat pensiya alan şəxs: Məbləğ 1170 manatdan azdır. Pensiya tam 10% artaraq 1100 manat olacaq.

2000 manat pensiya alan şəxs: İlk 1170 manatlıq hissə tam 10% artır. Yerdə qalan 830 manatlıq hissə isə 0,5 əmsalı ilə (yəni 5%) artır”.

N. Cəfərli qeyd edib ki, ölkədə 90% təqaüdçü 1170 manatdan az təqaüd alır deyə, onlara heç bir təsiri yoxdur, onların pensiyası orta aylıq əmək haqqının artım tempinə görə (təqribən 10%) indeksləşdiriləcək.


İqtisadçı pensiya ilə bağlı mövcud mənzərəni də qeyd edib:

“Yaşa görə pensiya alanlar: Pensiyaçıların 64,8%-i (təxminən 712 800 nəfər);

Əlilliyə görə pensiya alanlar: Pensiyaçıların 22,8%-i (təxminən 250 800 nəfər);

Ailə başçısını itirməyə görə pensiya alanlar: Pensiyaçıların 12,4%-i (təxminən 136 400 nəfər).

Ölkə üzrə orta təqaüd məbləği 594 manatdır, bu rəqəmi yuxarı çəkən isə həmin 10% yüksək, və çox yüksək təqaüd alanlardır. Məmləkət üzrə faktiki median pensiya həddinin (yəni bütün təqaüdçülərin tam yarısının aldığı məbləğin) 420–460 manat aralığında olduğunu, dolayı rəqəmlərlə təxmin etmək olar”.

N. Cəfərli ölkədə tez-tez qaldırılan təqaüd yaşı məsələsinin ikinci dərəcəli problem olduğunu bildirib. Əsas problemim təqaüdlərin aşağı olması ilə bağlı  olduğunu qeyd edib və ilk növbədə bu məsələnin həllini tapmasının vacibliyini vurğulayıb.



Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap