“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Arvadı evdən çölə buraxmayan kişilər cərimələnə bilər - 300-500 manat

Tarix 03.10.26, 20:24

Font ölçüsü : - / +
bitmap-img6


Qəsdən psixi təzyiq göstərilməsi və ya şəxs üçün dözülməz psixi şərait yaradılması da zorakılığın formalarından biri hesab olunur. Bu cür davranışlar insanın psixoloji vəziyyətinə ciddi təsir göstərə, onu qorxu, təzyiq içində saxlaya bilər.

Azərbaycan qanunvericiliyində belə halların qarşısının alınması və müəyyən hallarda məsuliyyətə cəlb olunması nəzərdə tutulurmu?

Azərbaycan qanunvericiliyində “qəsdən psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılması” ifadəsi əsasən məişət zorakılığı kontekstində işlədilir.

Konkret şəraitdən asılı olaraq davamlı təhqir və alçaltma, qorxutmaq, şəxsi daim təzyiq altında saxlamaq, iradəsini qırmağa, davranışını zorla idarə etməyə yönəltmək, qəsdən sosial mühitdən təcrid etmək, davamlı psixoloji təzyiq göstərməklə şəxsdə ciddi mənəvi iztirab yaratmaq məişət zəminində psixi zorakılıq hesab olunur.

Cəzası nədir?

İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, məişət zəminində psixi zorakılığa görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulur. Bu norma yalnız əməl Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaratmadıqda tətbiq edilir.

Əgər psixi təzyiq daha ağır nəticələrə gətirib çıxarıbsa və ya başqa cinayətin tərkibini yaradırsa, məsələ artıq yalnız 158.2 ilə məhdudlaşmaya bilər. Məsələn, Cinayət Məcəlləsinin 133-cü maddəsində mütəmadi döymə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə ayrıca cinayət kimi nəzərdə tutulur.//Bizim.Media



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap