“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ölkənin avtobus parkı “qocalır“ – 61 faizinin yaşı...

Tarix 04.10.26, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda avtobus parkının yenilənməsi məsələsi yenidən gündəmə gəlib. 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına görə, ölkədəki avtobusların böyük əksəriyyətinin istismar müddəti 10 ildən çoxdur. Nəqliyyat vasitələrinin 60 faizindən çoxunun isə yaşı 20 ili ötür. DSK-nın hesabatına əsasən, 2025-ci ildə ölkədə avtobusların ümumi sayı 33 min 186 ədədə çatıb. 2024-cü ildə bu göstərici 32 min 107 ədəd olub. Avtobusların sayında artım qeydə alınsa da, parkın yaş strukturu ciddi suallar doğurur. 2025-ci ilin sonuna olan məlumata görə, istismar müddəti 10-20 il arasında olan avtobusların sayı 8 min 776, yaşı 20 ildən çox olan avtobusların sayı isə 20 min 274 ədəd təşkil edib.

Beləliklə, ölkədəki avtobusların 87,5 faizinin yaşı 10 ildən, 61 faizindən çoxunun isə 20 ildən artıqdır. Müasir ictimai nəqliyyat vasitələri sərnişin rahatlığı və təhlükəsizliyi baxımından bir sıra standartlara cavab verməlidir. Buraya kondisioner və istilik sistemi, rahat oturacaqlar, aşağı döşəmə, eləcə də əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılmış girişlər daxildir. Köhnə avtobuslarda isə bu standartların təmin olunması çətinləşir. Xüsusilə yay aylarında havalandırmanın yetərli olmaması, qışda salonun lazımi səviyyədə qızdırılmaması və sərnişin sıxlığı ictimai nəqliyyatdan istifadə edənlərin gündəlik narahatlığını artırır.

Bəs yaşı 20 ildən çox olan avtobusların üstünlük təşkil etdiyi parkın tam yenilənməsi nə qədər vaxt aparacaq? Avtobus parkının müasirləşdirilməsi prosesi niyə daha sürətli həyata keçirilmir?

Musavat.com-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, statistik göstəricilər ürəkaçan olmasa da, son illərdə vəziyyətin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılır.

Ekspert bildirib ki, ictimai nəqliyyatın maliyyə dayanıqlığının təmin edilməsi və yeni idarəetmə mexanizmlərinin tətbiqi avtobus parkının yenilənməsini sürətləndirə bilər: “İctimai nəqliyyatın maliyyə dayanıqlığını təmin edən brutto-kontrakt sisteminə keçid kimi yeni qaydaların tətbiqi avtoparkın sürətlə yenilənməsinə imkan verəcək. Son bir ildə həm Bakıda, həm də regionlarda bu sahədə müəyyən canlanma müşahidə olunur. Xüsusilə bölgələrdə – Gəncə və Naxçıvan nümunəsində – avtobus parkının yenilənməsi istiqamətində işlər görülür. Analoji proses Qarabağ şəhərlərində də həyata keçirilir. Növbəti mərhələdə Qəbələ, Lənkəran, Şəki, Yevlax, Şirvan, Mingəçevir, Quba və digər şəhərlərin avtobus parklarının yenilənməsi gözlənilir.

Burada bir neçə mühüm məqam var. Hələlik yığım formatında olsa da, növbəti illərdə lokal istehsalın payının artırılması nəzərdə tutulan yerli istehsal layihələri mövcuddur. Çinin “BYD” şirkəti ilə əməkdaşlıq, eləcə də Almaniyanın “MAN Truck & Bus” şirkəti ilə ölkəmizdə avtobus istehsalı ilə bağlı layihə buna nümunədir. Düşünürəm ki, yaxın illərdə avtoparkın yenilənməsi nəticəsində qeyd olunan statistik göstəricilər yaxşılaşacaq və nəqliyyat parkımız daha da müasirləşəcək”.



Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap