| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Kəndlinin ucuz satdığı meyvə-tərəvəz şəhərlərdə “əl yandırır” - Araşdırma
Tarix 06.07.24, 15:31 |
|
Bazarlar inhisarçılardan nə zaman azad ediləcək?
Azərbaycanda dövlət hesabına aqrar istehsalın dəstəklənməsinə hər il yüz milyonlarla manat vəsait sərf olunur. Ölkə boyu, demək olar ki, bütün növ meyvə-tərəvəz əkinlərinə dövlət tərəfindən subsidiya verilir. Rəsmi statistikaya əsasən, dövlət dəstəyi Azərbaycanda kənd təsərrüfatında davamlı iqtisadi artıma nail olunmasına imkan verib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 milyard 210,6 milyon manat təşkil edib ki, onun da 6 milyard 276,7 milyon manatı heyvandarlıq, 5 milyard 933,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. 2022-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artıb.
Ötən il 1 milyon 10,5 min ton və ya 2022-ci ilə nisbətən 5,9 faiz az kartof, 1 milyon 825,6 min ton (0,1 faiz çox) tərəvəz, 438,2 min ton (6,6 faiz az) bostan məhsulları, 1 milyon 261,3 min ton (0,7 faiz çox) meyvə və giləmeyvə, 224,5 min ton (5,6 faiz çox) üzüm istehsalı qeydə alınıb.
2024-cü ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3352,4 milyon manat təşkil edib. Bunun 2 milyard 569,4 milyon manatı heyvandarlıq, 783,0 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,7 faiz, bitkiçilik məhsulları üzrə 7,4 faiz artıb. İyun ayının 1-nə kimi sahələrdən 160,2 min ton (6,9 faiz az) kartof, 429,4 min ton (11,5 faiz çox) tərəvəz, 33,6 min ton (14,2 faiz çox) meyvə və giləmeyvə yığılıb.
Azərbaycanın qeyri-neft ixracının əsasında da kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə-tərəvəz dayanır. 2023-cü ilin yanvar-dekabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,2 faiz artaraq 969,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 201 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, ötən il kənd təsərrüfatı məhsullarının ixracı 768,2 milyon dollara bərabər olub.
Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin 5 ayında 251 milyon 280.90 min dollar dəyərində 230 907.40 ton meyvə-tərəvəz ixrac olunub. Ötən ilin eyni dövründə meyvə-tərəvəz ixrac ı 241 milyon 967.98 min dollar dəyərində 238 893.01 ton olmuşdu. Bu dövrdə meyvə-tərəvəzin idxalı 144 milyon 278.65 min dollar dəyərlə 211 868.92 ton təşkil edib. Ötən ilin eyni dövründə idxal 113 milyon 344.53 min dollar dəyərində 179 944.47 ton olmuşdu.
Ayrı-ayrı məhsullara nəzər salsaq, 2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 108 milyon 587 min dollar dəyərində 86 min 67 ton pomidor ixrac olunub. Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 115 min dollar və ya 19 faiz miqdar ifadəsilə 7 min 991 ton və ya 10 faiz artıb. 2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 91 milyon 472 min dollar dəyərində 78 min 76 ton pomidor ixrac olunmuşdu...
Beləliklə, illər boyu kənd təsərrüfatı istehsalı artır, ixrac artır, eyni zamanda Azərbaycanın nəbzi döyünən Bakı şəhərində qiymətlər də durmadan bahalaşır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, istehlakın da çox mühüm hissəsi Bakıda cəmləşib. Rəsmi statistikaya əsasən 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.
Bakı Şəhər Statistika İdarəsinin məlumatından aydın olur ki, 2024-cü ilin yanvar-may aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 12 milyard 537,7 milyon manat təşkil edib. Ticarət şəbəkələrində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 6 milyard 679,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3 faiz artaraq 5 milyard 858,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Göründüyü kimi, bu ilin 5 ayında Azərbaycanda satılan 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatlarının 6 milyard 679,4 milyon manatlığı Bakı şəhərində reallaşıb.
Bakının istehlakdakı belə yüksək payı onun bazarlarını inhisarçılar üçün qazanc mənbəyinə çevirib. Sovet dövründə rayonlardan meyvə-tərəvəzin Bakı, Abşeron yarımadasına çatdırılmasının fərdi istehsalçılar üçün daha rahat sxemi tətbiq olunurdu: bütün açıq bazarlarda rayonlardan gəlib rahatlıqla məhsulunu satmaq mümkün olurdu. Müstəqillik dövründə bazarların əksəriyyəti özəlləşdirildi və fərdi istehsalçıların, hətta orta fermerlərin belə onlara yolu bağlandı. On ilə yaxın dövrdə bazarların bağlı yollarının əvəzində paytaxtın küçələrində yaradılan pərakəndə satış nöqtələri rayon camaatının xilaskarına çevrildi. Lakin 2000-ci illərdən etibarən küçə ticarətinin ləğvi paytaxtda təmizliyi bərpa etsə də, rayonlarda yüz minlərlə istehsalçının gəlirlərinin kəskin düşməsinə gətirib çıxardı. Məhz ondan sonra kəndlinin istehsal etdiyi məhsulun sahədəki qiyməti ilə Bakıda - inhisarçı qrupların əlində olan bazarlardakı qiyməti arasında fərq kəlləçarxa çıxdı. Bu ağlasığmaz fərq hələ də mövcuddur: rayonda kiloqramı 50-80 qəpiyə satılan gilasın qiyməti Bakıda 3 manatdan aşağı deyil. Yaşıl lobyanı kəndlərdən 40 qəpiyə yığan vasitəçilər onu Bakı yaxınlığındakı Meyvəli bazarda 80 qəpiyə satır, Bakının topdansatış nöqtələrində isə qiymət 1,2 manatdan aşağı düşmür.
Bu ilin aprel-may aylarında müşahidə olunan yağıntılı hava şəraitinin meyvə-tərəvəz istehsalında azalmaya səbəb olacağı gözlənilirdi. Lakin rayonlardan aldığımız məlumatlar göstərir ki, meyvə-tərəvəz istehsalında ciddi azalma qeydə alınmır. Rəsmi statistika bu sahədə hətta artım olduğuna dair məlumat yayıb. Bu isə paytaxt bazarlarındakı qiymət bahalığının arxasında ənənəvi olaraq bazar inhisarçılığının dayandığını deməyə əsas verir.
Bakı bazarlarının müəyyən qrupların əlində olmasına dair oturuşmuş rəy uzun illərdir mövcuddur. Müstəqil ekspertlər, hətta bir sıra hallarda dövlət qurumlarının nümayəndələri kiçik və orta biznesin bazara çıxışında böyük problemlərin olduğunu bildirirlər. Demək olar ki, iqtisadi inkişafla bağlı bütün proqramlarda istehsalçınının bazara çıxışının asanlaşdırılmasına dair müddəalar var. Lakin bazarları “işğal†edən inhisarçılar bu müddəaların icrasına imkan verməyəcək qədər güclüdürlər.
Məlumdur ki, Bakıya meyvə-tərəvəzin topdansatışı bir əldə cəmləşib. Rayonlardan paytaxta, Abşerona gətirilən bütün məhsulların ilk olaraq həmin bazaya aparılaraq, irihəcmli ödənişin edilməsi mütləqdir. Bu edilməsə, 1 kq alma belə Abşeron ərazisində satışa buraxılmır. Beləliklə, topdansatışdakı bu inhisarçılıq pərakəndə ticarətdə də qiymətlərin formalaşmasını təmin edir.
Son 10 ildə problemi dərinləşdirən bir proses də diqqəti cəlb edir. Bakı və Abşeronda geniş market şəbəkələrinin sahibi olan şirkətlər həm də regionlarda yüz min hektarlarla torpaq sahələrini alaraq aqrar istehsala başlayıblar. Bu gün faktiki olaraq, aqrar istehsalın mühüm bir hissəsi onların əlində cəmləşib. Əsas istehlak bazarında çoxsaylı ticarət şəbəkələrinə sahib olan belə şirkətlər öz şəbəkələrində digər istehsalçıların məhsullarının satışına imkan vermirlər.
Bazarların inhisarçıların əlindən alınması istıqamətində real addımların atılmaması yüz milyonlarla manat hesabına yaradılan infrastrukturun da inhisarçılara xidmət etməsinə gətirib çıxarıb. Son illər ərzində dövlət dəstəyi hesabına regionlarda 400 min ton tutumu olan soyuducu anbarların, 1.9 milyon ton tutumu olan müasir taxıl elevatorlarının və digər logistika obyektlərinin qurulmasına, habelə yol-nəqliyyat infrastrukturunun inkişafına baxmayaraq fermerlərin bazara çıxışının yaxşılaşdırılması baxımından mühüm nəticənin əldə olunmaması təəssüf doğurur.
Bu gün Azərbaycan kəndlisinin - kiçik və orta fermerinin əsas problemi kənd təsərrüfatı istehsalçıları ilə tədarükçülər, emalçılar və satış şəbəkələri arasında yaranan haqsız ticarətdir. Bu ticarət praktikasına son qoyacaq dəqiq və konkret qanunverici baza formalaşdırılmayana qədər sahədən 10 qəpiyə satılan məhsulun Bakı bazarında 2 manata təklif olunması davam edəcək.
Yeri gəlmişkən, aqrar istehsalçının bazara çıxış problemini köklü həll edə bilməyən Kənd Təsərrüfatı Nazirliyi müxtəlif yarmarkaların təşkili ilə problemi yüngülləşdirməyə çalışır. 6-7 iyul tarixlərində nazirlik tərəfindən paytaxtda “Kənddən Şəhərə†həftəsonu yarmarkası təşkil olunacaq.
Nazirlikdən bildirilib ki, yarmarka 2 gün müddətində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik†metro stansiyasının yanı) ünvanında saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək. Müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər burada yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan alıcılar Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana biləcəklər.
Son illərdə çoxsaylı belə yarmarkaların təşkilinə nail olunsa da, bu, aqrar istehsalçıları bazara çıxış probleminin həllinə yaxınlaşdırmayıb...
“Yeni Müsavatâ€
Xəbərin oxunma sayı : 868
İqtisadiyyat
Xəbərlər
-
Bərdə sakini müəmmalı şəraitdə öldü - yaxınlarına inanılmaz təklif
-
Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? - TƏKLİF
-
Türkiyədə 22 ildir siqaret çəkilməyən kənd: Qonaqlar da bu qaydaya əməl edir (FOTO)
-
Bakıda kuryoz olay: borclu olduğu şəxsdən oğurluq edib, borcunu qaytardı
-
“Nə botoks etdirirəm, nə də başqa iynə vurdururam” - Zümrüd Qasımova
-
Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri - VİDEO
-
Valideynlərə yeni aliment öhdəliyi: Ödəyə bilməyənləri nə gözləyir?
-
Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir
-
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə insident - Həbs olunan var
-
İran dünyaya xəbərdarlıq etdi - “Zərbə ilə cavab verəcəyik”
-
MRT və KT müayinələri pulsuz deyil? - Vətəndaşlar bu qədər ödəməlidir
-
Buzovna qayalıqlarını kimlər zəbt edib? - “Dənizə çıxış hamının haqqıdır!”
-
Vilyam Hacıyev danışdı - Azadlıqda ilk fotosu
-
Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi
-
Dünyanın 16 bölgəsində aclıq təhlükəsi - BMT xəbərdarlıq edir
-
Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?
-
Məcburi köçkün evdən çıxmaq istəmir - “Uşağım universiteti biti
-
Özbəkistan rus terminlərini dəyişdirir - Tribunal yox, “Harbi mahkama”...
-
Azərbaycanın xaricdəki ən yaşlı səfirləri - ADLAR
-
“Hörmüz boğazı İranın operativ nəzarəti altındadır” - SEPAH
-
Türkiyədə itkin düşən qızlar tapıldı - Nazir xəbəri Ərdoğana ağlayaraq çatdırdı
-
Əfqanıstanda məktəbin yaxınlığında partlayış oldu: Xeyli sayda ölü və yaralı var
-
Zamanov vəfat etdi - Cəlilabadda yaşayan son müharibə iştirakçısı idi
-
Pirallahıda əməliyyat: Keçmiş məhkumlar saxlanıldılar
-
Bazar günü bəzi yerlərdə yağış yağacaq - Proqnoz
-
15 yaşlı yeniyetmə bıçaqlandı - Tutulan var
-
Əfqanlar İran sərhədindən Azərbaycana girmək istədilər - FOTO
-
Tramp administrasiyasının üzvləri hərbi bazalara köçürlər - Səbəb nədir?
-
Prezidentdən Əli Əsədovla bağlı - Sərəncam
-
“Sizdən o qoxu gəlir” - Bir-birini təriflədilər
-
Bərdədə ər-arvad dəm qazından zəhərləndi - ölən var
-
Trampın seçki strategiyası: Ağ Ev rəhbəri varisini niyə açıqlamır?
-
“Sədərəkdə durğunluq... - Ticarət Mərkəzində satışlar niyə dayanıb?
-
Məkkə sazişi işə düşür - Türkiyə və Pakistan təhlükəli savaşın bir addımında
-
Xəzərin suyunun duzsuzlaşdırılması üçün zavod hansı şəhərdə tikiləcək? - Detallar
-
Ömrü uzadır, ölüm riskini 28 faizə qədər azaldır - Bu məhsulu tanıyın
-
“Taliban” qadın adlarını da qadağan etdi - “Keçi”, “inək” deyə çağırırlar
-
“Nə məsafə saxlanılır, nə də təhlükəsizliyə əməl edilir“ - VİDEO
-
Elçilikdə “yox“ dedilər, qızın videosunu atasına göndərdi - Təfərrüat
-
Durov “iPhone“ istifadəçilərinə xəbərdarlıq etdi: Telefonunuz bir anda ələ keçirilə bilər
-
Yasamalda 14 mərtəbəli binada icazə sənədi olmadan tikinti aparılıb - VİDEO
-
Əbülfəs Qarayevin Xorvatiyadakı otelinin müəmmalı maliyyə hesabatı - 5,4 milyon avro borc
-
Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər
-
Sumqayıt məktəbində 1 sinifdə 52 şagird təhsil alır? - İDDİA
-
Azərbaycanda “qreçka“nın qiyməti kəskin bahalaşa bilər - Səbəb
-
Vüqar Musayevin rəhbərlik etdiyi şirkət işçilərin pulunu vermir - VİDEO
-
BDU-da tələbələrin tədris imkanı məhdudlaşıb? - VİDEO
-
Neft Fondunda yoxlama: nöqsanlar üzə çıxdı
-
Abşeronda narkotik əməliyyatı - 8 nəfər saxlanıldı + Video
-
“Ona deyə bilərdim ki, səndən xoşum gəlmir” - Tramp
-
Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır - Ekspert
-
Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı - İtaliya ilk sıradadır
-
Hesablama Palatasında yeni şöbə yaradılıb - Müdir təyin edilib
-
Bu evlər iqtisadiyyata milyonlarla manat zərər vurur - Əmlak amnistiyası GÜNDƏMDƏ
-
Avropada 1,6 trilyon avroluq büdcə davası - liderlər razılaşa bilmirlər
-
“Naxçıvan camaatının dərdinə kimsə şərik çıxmır” - Novella Cəfəroğlu
-
Market sahibi saxta iş yerləri yaratdı - DSMF-ə 22 min manat ziyan dəydi
-
Bu il əti xaricdən 4, kərə yağını 10,2, düyünü isə 1,6 manata almışıq - Siyahı
-
Azərbaycanda ən yaşlı ali rütbəli vəzifəlilər kimlərdir? - ADLAR
-
Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Atası və ögey anasına hökm oxundu
-
Hibrid avtomobillərin idxalı kəskin azalıb - Qiyməti isə artıb
-
Almaniyada işləmək istəyənlərə fürsət: 4200 avroyadək maaş
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
-
Putin və Paşinyan Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər - Peskov
-
Xam nefti Hindistana 110, Portuqaliyaya 77 dollara satmışıq - Siyahı
-
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
-
“TikTok“da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı
-
Sənədsiz evlərə çıxarışla bağlı amnistiya təklif edildi - “2026-cı il tarixi qərarlar üçün fürsətdir”
-
Büdcəni razılaşdıra bilmirlər - Liderlər 2 düşərgəyə bölündü
-
Vilyam Hacıyev azadlığa buraxıldı - Məhkəmədən qərar
-
ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib - SEPAH
-
Bu il tibbi xidmətlərin qiymətlərində artım baş verib - QİYMƏTLƏR
-
“Vergi cəlladı“nın kadrı Gəncə Neft Bazasını necə talayıb? - Pərvin Əhmədov haqqında inanılmaz iddialar
-
Azərbaycanda QHT-lərlə bağlı qanun dəyişdi - Yenidən qeydiyyata alınacaqlar
-
Generalın qızını məhkəməyə vermişdi - İşdən çıxarıldı
-
Türkiyədən Monteneqroya sərt cavab: 18 illik vizasız rejim ləğv edildi!
-
ABŞ Konqresində “FİFA işi“ sürətlənir: Tramp və Kuşnerin adı hallanır
-
Bakıda XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - Nələr müzakirə edildi?
-
Messi həmin matçda oynayacaq - Ronaldo hələ cavab verməyib
-
Putinə verilən suallar süni intellektlə hazırlanır - Peskov açıqladı
-
ATMU-da nə baş verir? - Universitet rəhbərliyi araşdırmaya başladı
-
Dövlət xəstəxanalarında KT və MRT problemi: Şikayətlər var
-
“Prezident İlham Əliyevə söz vermişdim ki...“ - Estoniya XİN rəhbəri Bakıda nələr dedi?
-
Vahid Ələkbərovun şirkəti “Şahdəniz“dən çıxır - Nə baş verir?
-
Doğuş zamanı körpə öldü, həkim sənədləri saxtalaşdırıb - Ali Məhkəmədən qərar
-
Prezident Estoniya XİN rəhbərini qəbul etdi - FOTOLAR
-
Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ
-
“Tanqo üçün iki nəfər lazımdır” - Trampdan sülh mesajı
-
Bakıda yumurta çörək qiymətinə satılır - VİDEO
-
Avropaya vizasız gedə biləcəyik? - Azərbaycan üçün yeni imkan
-
Tanınmış aparıcının evinə 15 nəfərlik basqın: Saxlanılan şəxsin kimliyi məlum oldu - VİDEO+FOTO
-
Neft oğurluğu yüksək vəzifəlilərin başını yeyəcək - Müşavir
-
Binanın həyətində su anbarının üst paneli çöküb - TƏHLÜKƏ/VİDEO
-
Xətai rayonunda binanın bir bloku istiliksiz qalıb - Səbəb nədir?/VİDEO
-
Artıq ödənilmiş tibbi sığorta haqları bu qayda ilə geri qaytarılacaq - VİDEO
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Tramp Rutte ilə görüşdü - Ukrayna və İranı müzakirə etdilər
-
Ata evi uğrunda bacı-qardaş savaşı: Qanun nə deyir?
-
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı
-
İtaliya hələlik Aİ-nin çoxillik büdcəsini dəstəkləməyəcək - Meloni
-
Qaradağda narkotik əməliyyatı keçirilib - VİDEO
-
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi verirdi - Saxlanıldı
-
Məhkəmə qərarı var, amma ev boşaldılmır: 30 illik qalmaqal
-
Şirkət rəhbəri həbs olundu - Hovuzlu evlər vəd edirdi...
-
Vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Nüfuz alverində təqsirləndirilirlər
-
Ermənistanda məhkəmə Nəsimi Musayevin həbs müddətini uzatdı - 3 ay
-
Bazarı bürüyən təhlükəli toyuqlar - Məşhur firma da satırmış...
-
Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - FOTO
-
“Minlərlə insan evə qayıdacaq” - Ən böyük əsir mübadiləsinin vaxtı açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Sərdar gözünün içinə qədər yalan deyir, Siyavuş da bilir!“ - Sabir Rüstəmxanlı
-
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
-
Bağçalarda çalışanlara vacib xəbər - İmtahanın vaxtı dəyişdi
-
AQTA-nın yararsız məhsul tapdığı restoranda nazirlik şam yeməyinə 4 min manat xərcləyib - İLGİNC
-
Sabiq hakim 4 696 manatlıq pensiyasından narazıdır - Məhkəmə qərarı
-
Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular
-
Eldar Əzizovun nazir müşaviri olan oğlu Bakıda yeni obyekt açıb - FOTO
-
Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”
-
Qusarda tenderlərin dəyişməyən qalibi - “Biznes Klas“a yeni sifariş
TOP 10
ARXİV






