“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda ev telefonlarından ən çox istifadə edilən RAYONLAR

Tarix 19.08.26, 20:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda şəhər və kənd yaşayış məntəqələrində olan sabit şəbəkə telefonlarının ümumi sayı 2025-ci ildə 834 min 146 təşkil edib.

AzFakt.com-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2021-ci ildə ölkədə 1 milyon 377 min 164 sabit telefon xətti olub. Beləliklə, beş il ərzində onların sayı 543 min 18 və ya 39,4 faiz azalıb.

2025-ci ildə sabit telefon xətlərinin 645 min 514-ü şəhər, 188 min 632-si isə kənd yaşayış məntəqələrinin payına düşüb. 2021-ci illə müqayisədə şəhərlərdə sabit telefonların sayı 417 min 108, kəndlərdə isə 125 min 910 azalıb.

Bakı şəhərində mənzillərdə olan sabit telefon xətlərinin sayı 2021-ci ildəki 615 min 228-dən 2025-ci ildə 474 min 69-a enib.

İqtisadi rayonlar üzrə şəhər və kənd yaşayış məntəqələrinin ümumi göstəriciləri nəzərə alındıqda, 2025-ci ildə Bakıdan sonra ən çox sabit telefon xətti Şəki-Zaqatala iqtisadi rayonunda qeydə alınıb. Burada 68 min 166 sabit telefon xətti olub. Naxçıvan iqtisadi rayonunda göstərici 63 min 170, Abşeron-Xızıda 48 min 757, Quba-Xaçmazda 41 min 666, Gəncə-Daşkəsəndə 35 min 380 təşkil edib.

Ən aşağı göstərici Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. 2025-ci ildə burada yalnız şəhər yaşayış məntəqələri üzrə 117 sabit telefon xətti göstərilib. Kənd yaşayış məntəqələri üzrə isə göstərici qeyd alınmayıb.



Xəbərin oxunma sayı : 106




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap