“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda və Avropada orta əmək haqqı... - Fərq nə qədərdir? + SİYAHI

Tarix 18.08.26, 22:43

Font ölçüsü : - / +
bitmap-img6


Avropa ölkələrində orta illik əməkhaqqı məbləğləri məlum olub.

AzFakt.com xəbər verir ki, Avropada ən yüksək orta illik əməkhaqqı bu dəfə də İsveçrədə qeydə alınıb. Belə ki, İsveçrədə orta illik əməkhaqqı hazırda 106 840 avro təşkil edir. İsveçrəni Lüksemburq – 83 000 avro, İslandiya – 81 943 avro və Lixtenşteyn – 81 000 avro ilə izləyir.

Şimali Avropa ölkələrində də əməkhaqqı göstəriciləri yüksəkdir. Norveçdə orta illik əməkhaqqı 74 500 avro, Danimarkada 74 000 avro, İrlandiyada 61 000 avro, Avstriyada 60 000 avro təşkil edir.

Avropanın iri iqtisadiyyatlarından İtaliyada orta illik əməkhaqqı 40 000 avro, İspaniyada isə 35 000 avrodur.

Şərqi Avropa ölkələrində göstəricilər isə Qərbi və Şimali Avropa ilə müqayisədə daha aşağıdır. Çexiyada orta illik əməkhaqqı 28 000 avro, Polşada və Estoniyada 26 000 avro, Litvada 22 000 avro, Latviyada 20000 avro təşkil edir.

Siyahının Avropa üzrə aşağı hissəsində Rumıniya və Bolqarıstan yer alır. Rumıniyada orta illik əməkhaqqı 18 000 avro, Bolqarıstanda isə 14 000 avro göstərilir.

Məlumat üçün bildirək ki, Cənubi Qafqaz ölkələri üzrə göstəricilər Avropa ilə müqayisədə xeyli aşağıdır.

Regionda ən yüksək orta illik əməkhaqqı Gürcüstanda – 9 060 avro təşkil edir. Gürcüstanı Ermənistan – 8 695 avro ilə izləyir. Azərbaycan isə 6 620 avro göstərici ilə Cənubi Qafqazda üçüncü yerdə qərarlaşıb.

Avropada və Cənubi Qafqazda orta illik əməkhaqqı məbləğlərini təqdim edirik:

- İsveçrə - 106 840 avro;

- Lüksemburq - 83 000 avro;

- İslandiya - 81 943 avro;

- Lixtenşteyn - 81 000 avro;

- Norveç - 74 500 avro;

- Danimarka - 74 000 avro;

- İrlandiya - 61 000 avro;

- Avstriya - 60 000 avro;

- Belçika - 57 000 avro;

- Almaniya - 56 000 avro;

- İsveç - 54 000 avro;

- Niderland - 53 000 avro;

- Finlandiya - 50 000 avro;

- Fransa - 46 000 avro;

- İtaliya - 40 000 avro;

- İspaniya - 35 000 avro;

- Çexiya - 28 000 avro;

- Polşa - 26 000 avro;

- Estoniya- 26 000 avro;

- Litva - 22 000 avro;

- Latviya - 20 000 avro;

- Rumıniya - 18 000 avro;

- Bolqarıstan - 14 000 avro;

- Gürcüstan - 9 060 avro;

- Ermənistan - 8 695 avro;

- Azərbaycan - 6 620 avro.



Xəbərin oxunma sayı : 196




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap