“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Trampın “milyarderlər ordusu“... - 100 milyondan çox sərvəti olan məmurlar

Tarix 18.08.26, 12:16

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-də yayımlanan yeni hesabatda ölkə başçısı Donald Trampın ikinci prezidentlik dövründə administrasiyada yer alan ultra zəngin şəxslərin sayının kəskin artdığını ortaya qoyub.

Qeyri-kommersiya təşkilatı olan "Public Citizen" tərəfindən hazırlanan hesabata görə, Tramp administrasiyasında sərvəti ən azı 100 milyon dollar olan 57 məmur fəaliyyət göstərir.

Hesabatda həmin şəxslərdən 17-nin ABŞ-nin müxtəlif ölkələrdəki səfirləri, 40-nın isə icra hakimiyyətində yüksək vəzifələr tutan şəxslər olduğu bildirilib.

Trampın 23 üzvdən ibarət kabinetində də sərvəti ən azı 100 milyon dollar olan 8 nəfərin olduğu qeyd edilib.

Hesabata əsasən, Corc Buşun prezidentliyi dövründə sərvəti ən azı 100 milyon dollar olan 5 məmur olub. Barak Obama administrasiyasında bu göstərici 3, Co Baydenin prezidentliyi dövründə isə 5 nəfər təşkil edib.

Beləliklə, Tramp administrasiyasındakı 57 ultra zəngin məmurun sayı əvvəlki üç prezidentlik dövründəki 13 nəfərlik ümumi göstəricini 4 dəfədən çox üstələyib.

Qeyd edək ki, "Forbes" jurnalının sərvətini 6 milyard dollardan çox qiymətləndirdiyi Donald Tramp və sərvətinin 800 milyard dolları keçdiyi bildirilən amerikalı milyarder İlon Mask isə hesabata daxil edilməyib.



Xəbərin oxunma sayı : 184




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap