“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“50 milyonu itirəndə heç təsir etmədi...“ - “Şərurlu İsfəndiyar” + VİDEO

Tarix 18.08.26, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


"Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov "Zarafat bir yana" verilişindəki açıqlamaları ilə diqqət çəkib.

AzFakt.com xəbər verir ki, biznesmen veriliş zamanı itirdiyi 50 milyon manatla bağlı səmimi etiraflar edib. O bildirib ki, böyük məbləğdə pul itirməsinə baxmayaraq, bu hadisə onun həyatında gözlənilən qədər ağır iz buraxmayıb.

İsfəndiyar Axundov sahib olduğu obyektlərə baxarkən bəzən yaşadıqlarına inanmaqda çətinlik çəkdiyini söyləyib: "Belə olur, obyektlərimin qabağında gedib gəzirəm, özümə deyirəm ki, İlahi, yuxu görürəm? Bu mənimdir, bəlkə yalandır".

İş adamı vaxtilə Allahdan ən böyük arzusunun bir tikə çörək tapıb doyunca yemək olduğunu bildirib. O, itirdiyi böyük məbləğin belə bu düşüncəsini dəyişmədiyini qeyd edib: "Mən Allahdan bir tikə çörək tapıb doyunca yeməyi arzulamışdım. O məbləği itirməyim heç təsir etmədi".

Axundov həmçinin həmin məsələdə onu aldatdığını bildirdiyi şəxslə bağlı da danışıb. O, qarşı tərəfə qarşı hər hansı sərt addım atmadığını və sadəcə iradını bildirdiyini deyib:"Bu məsələdə məni aldadan adama da heç nə etmədim. Sadəcə dedim: `Sənə ayıb olsun`".

İş adamının səmimi etirafları izləyicilər tərəfindən maraqla qarşılanıb.





Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap