“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər - Qadağa qoyula bilər

Tarix 18.08.26, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


Bakı–Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti ilə bağlı tətbiq olunan qaydalar sərnişinlərin ciddi narazılığına səbəb olur. Qaydaya əsasən, bir şəhərin buraxılış kartı ilə digər şəhərdə sərnişin götürmək mümkün deyil. Bu isə Bakıdan Sumqayıta gedən taksinin geri qayıdarkən boş qalmasına səbəb olur. Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə geri qayıtmaq üçün taksi tapmaqda çətinlik çəkir və daha yüksək qiymətlərlə qarşılaşırlar.

AzFakt.com xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bu kimi məsələlərin həll olunmasının əsas meyarlarından biri də gedişhaqlarının ödənilməsi zamanı vahidlik prinsipinin nəzərə alınmasıdır deyib.

"Sahibkarın qarşılaşdığı maneələr və onun itirəcəyi məbləğ müəyyən edilməlidir. Bir şəhərdən digərinə getdikdə artıq şəhərdaxili gediş deyil, səfərin qiyməti və geri dönüş məsələsi nəzərə alınmalıdır. Sahibkar bu itkiləri nəzərə alarsa, problem qalmayacaq”.

Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, sözügedən məsələ insanların gediş-gəlişinə, xüsusilə də gecə saatlarında və intensivliyin pik həddində ciddi təsir göstərir:

"İlk növbədə bu qərarın niyə verildiyinə baxaq. Səbəb odur ki, şəhərdə tıxacları azaltmaq üçün taksi fəaliyyətində müəyyən tənzimləmələr həyata keçirildi. Taksi sayı azaldıldı, müəyyən tələblər qoyuldu. Bu tələblərdən biri də ondan ibarətdir ki, hansı şəhərdə taksi fəaliyyətinə icazə varsa, yalnız orada fəaliyyət göstərmək mümkündür.

Əvvəllər Bakıda 75 minə yaxın taksi var idi. İndi bu say yarıya qədər endirilib. 25 minə qədər də azalmalıdır. Bu, şəhərdə sıxlığın azaldılmasına ciddi təsir göstərir.

Hazırda atılan addımlar, aparılan siyasət insanları kiçik nəqliyyat vasitələrindən ictimai nəqliyyata yönəltməyə hesablanıb. Əks halda tıxacdan əziyyət çəkəcəyik. Ətraf rayonlardan və ya Sumqayıtdan qeydiyyatdan keçən taksilərin Bakıda fəaliyyətinə icazə verilməsi tıxacların artmasına səbəb olacaq”.



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap