“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Türkiyənin S-400-ləri varsa, F-35-ləri ola bilməz - ABŞ senatoru

Tarix 19.08.26, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı planları hələ də qeyri-müəyyən olaraq qalır.

Poliqon xəbər verir ki, buna səbəb Ankaranın Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərindən imtina edə bilməməsidir. Bu barədə Florida ştatından respublikaçı senator Rik Skott Semafor-a bildirib.
Problem ABŞ-ın sanksiyalarla bağlı qanunvericiliyində nəzərdə tutulan tələbdən qaynaqlanır. Həmin tələbə əsasən, Türkiyə F-35 qırıcılarına çıxış əldə etmək üçün Rusiyanın hava hücumundan müdafiə sistemlərindən imtina etməlidir.

Türkiyə artıq altı F-35 qırıcısının pulunu ödəyib, lakin təyyarələr hələ də ABŞ-da saxlanılır.

S-400 sistemlərinin zərərsizləşdirilməsi Donald Trampın dəstəklədiyi satışın qarşısındakı maneəni aradan qaldıra biləcək variantlardan biri hesab olunur. Lakin bu addım qanunun Türkiyənin həmin sistemlərdən tamamilə imtina etməsini tələb etdiyini düşünən amerikalı qanunvericilərlə gərginliyi daha da artıra bilər.

Digər variant isə Rusiyanın istehsalı olan S-400 sistemlərinin Birləşmiş Ərəb Əmirliklərinə satılmasıdır. Türkiyə bununla bağlı ötən ay danışıqlara başlayıb. Ankara bu hava hücumundan müdafiə sistemlərini ölkənin milli təhlükəsizliyinə qarşı fövqəladə təhdidlər yaranacağı təqdirdə ehtiyat vasitə kimi arsenalında saxlamaq istəyir.

Eyni zamanda, Konqres satışın əleyhinə səs verərsə, F-35-lərlə bağlı razılaşma ciddi çətinliklərlə üzləşə bilər. Bu vəziyyət İsrailin maraqları ilə NATO üzvü olan Türkiyənin maraqlarını qarşı-qarşıya gətirə bilər. Buna səbəb Trampın bir sıra müttəfiqlərinin Ankaranın Rusiya istehsalı sistemdən tamamilə imtina etməsini tələb edən mövqedə olmasıdır.

"Məncə, onlar əsl tərəfdaşa çevrilməyəcəkləri təqdirdə F-35-ə sahib olmamalıdırlar. Buna görə də onların S-400-ləri varsa, F-35-ləri ola bilməz", deyə Skott bildirib.

Tramp F-35-lərin Türkiyəyə satışı ilə bağlı razılaşmanı ötən ay NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə açıqlayıb.

Bundan bir neçə saat sonra İsrailin Baş naziri Benyamin Netanyahu F-35 razılaşması ilə bağlı mövqeyini sərtləşdirərək təyyarələrin Türkiyəyə satışının "Yaxın Şərqdə güc balansını poza biləcəyi" barədə xəbərdarlıq edib.

S-400 sistemlərinin potensial alıcılarından biri kimi Cənubi Koreyanın da adı çəkilir. Bu variant Seulun bir növ neytral tərəf kimi çıxış edə biləcəyi ilə izah olunur. Bununla belə, Moskvanın Şimali Koreya ilə hərbi əməkdaşlığı fonunda Cənubi Koreyanın Rusiya ilə münasibətləri gərgin olaraq qalır.



Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap