“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Hansı rayonda nə qədər boşanma olub? - Tam siyahı

Tarix 19.08.26, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 9 min 776 boşanma qeydə alınıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə hər 1000 nəfərə düşən boşanma göstəricisi 1,9 olub.

Boşanmaların sayına görə ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb. Paytaxtda ilin ilk 6 ayında 2 min 815 boşanma rəsmiləşdirilib. Hər 1000 nəfərə düşən boşanma göstəricisi isə 2,4 olub.

İnzibati ərazi vahidləri arasında ən çox boşanma Bakı şəhərinin Xətai rayonunda qeydə alınıb – 430. Sonrakı yerlərdə Yasamal (348), Suraxanı (267), Sabunçu (247) və Qaradağ (195) rayonları qərarlaşıb.

Bakıdan sonra ən çox boşanma Lənkəran-Astara iqtisadi rayonunda qeydə alınıb – 652. Bu iqtisadi rayonda ən çox boşanma Cəlilabad rayonunda (113), Masallı rayonunda (160), Lənkəran rayonunda (199) və Astara rayonunda (86) qeydə alınıb.

Gəncə-Daşkəsən iqtisadi rayonunda 582, Qarabağ iqtisadi rayonunda 871, Qazax-Tovuz iqtisadi rayonunda 558, Quba-Xaçmaz iqtisadi rayonunda 496 və Şəki-Zaqatala iqtisadi rayonunda 423 boşanma baş verib.

Ən az boşanma isə Xankəndi şəhərində qeydə alınıb – 5. Ardınca Ağdərə rayonu (10), Xocavənd (14), Sədərək (16) və Naftalan şəhəri (17) gəlir.

Bununla belə, əhalinin sayına nisbətdə vəziyyət fərqlənir. Hər 1000 nəfərə düşən boşanmaların sayına görə ən yüksək göstərici Xocalı rayonunda qeydə alınıb. Bu rayonda hər 1000 nəfərə düşən boşanma göstəricisi 4,9 olub.
Sonrakı yerlərdə Naftalan şəhəri (4,0), Yasamal rayonu (3,6), Qaradağ və Qubadlı rayonları (3,3), Şirvan şəhəri (3,1) və Xətai rayonu (3,1) qərarlaşıb.

Ən aşağı göstərici isə Qobustan rayonunda qeydə alınıb – hər 1000 nəfərə 0,7 boşanma. Daha sonra Yardımlı rayonu (0,9), Cəlilabad rayonu (1,0), Qax rayonu (1,0), Balakən rayonu (1,1), Zaqatala rayonu (1,1) və Biləsuvar rayonu (1,2) gəlir.

Məlumata görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda ümumilikdə 19 min 224 nikah da qeydə alınıb. Ölkə üzrə hər 1000 nəfərə düşən nikahların sayı 3,8 olub.

Bu ilin ilk 6 ayında şəhər və rayonlar üzrə ümumi və hər 1 000 nəfərə düşən boşanma sayı belə olub:
Xocalı rayonu – 38 (hər 1000 nəfərə düşən boşanma sayı 4,9)
Naftalan şəhəri – 17 (4,0)
Yasamal rayonu – 348 (3,6)
Qaradağ rayonu – 195 (3,3)
Qubadlı rayonu – 62 (3,3)
Şirvan şəhəri – 131 (3,1)
Xətai rayonu – 430 (3,1)
Zəngilan rayonu – 63 (3,0)
Nərimanov rayonu – 270 (3,0)
Naxçıvan şəhəri – 142 (2,9)
Ağdam rayonu – 255 (2,9)
Şabran rayonu – 82 (2,8)
Xızı rayonu – 23 (2,8)
Şahbuz rayonu – 34 (2,7)
Şuşa rayonu – 34 (2,7)
Kəlbəcər rayonu – 99 (2,7)
Suraxanı rayonu – 267 (2,6)
Nizami rayonu – 231 (2,5)
Şərur rayonu – 134 (2,4)
Tərtər rayonu – 90 (2,4)
Mingəçevir şəhəri – 121 (2,4)
Xocavənd rayonu – 14 (2,3)
Xankəndi şəhəri – 5 (2,3)
Daşkəsən rayonu – 38 (2,3)
Nəsimi rayonu – 249 (2,3)
Bərdə rayonu – 178 (2,3)
Babək rayonu – 80 (2,1)
Samux rayonu – 63 (2,1)
Füzuli rayonu – 135 (2,1)
Cəbrayıl rayonu – 76 (2,1)
Culfa rayonu – 48 (2,0)
Binəqədi rayonu – 311 (2,0)
Gəncə şəhəri – 323 (2,0)
Ağstafa rayonu – 88 (2,0)
Tovuz rayonu – 173 (2,0)
Ucar rayonu – 87 (2,0)
Laçın rayonu – 76 (2,0)
Sumqayıt şəhəri – 396 (1,9)
Səbail rayonu – 98 (1,9)
Siyəzən rayonu – 40 (1,9)
Kürdəmir rayonu – 114 (1,9)
Pirallahı rayonu – 17 (1,8)
Goranboy rayonu – 91 (1,8)
Gədəbəy rayonu – 90 (1,8)
Quba rayonu – 157 (1,8)
Lənkəran rayonu – 199 (1,8)
Göyçay rayonu – 105 (1,8)
Zərdab rayonu – 53 (1,8)
Beyləqan rayonu – 94 (1,8)
İmişli rayonu – 122 (1,8)
Hacıqabul rayonu – 68 (1,8)
Ağdərə rayonu – 10 (1,7)
Ağdaş rayonu – 93 (1,7)
Oğuz rayonu – 38 (1,7)
Qazax rayonu – 79 (1,6)
Ağcabədi rayonu – 112 (1,6)
Xaçmaz rayonu – 136 (1,6)
Qusar rayonu – 81 (1,6)
Yevlax rayonu – 105 (1,6)
Saatlı rayonu – 90 (1,6)
Sabirabad rayonu – 143 (1,6)
Şəki rayonu – 145 (1,6)
Neftçala rayonu – 71 (1,6)
Xəzər rayonu – 152 (1,5)
Sabunçu rayonu – 247 (1,5)
Göygöl rayonu – 50 (1,5)
Astara rayonu – 86 (1,5)
Qəbələ rayonu – 81 (1,5)
Salyan rayonu – 106 (1,5)
Sədərək rayonu – 16 (1,4)
Lerik rayonu – 62 (1,4)
Masallı rayonu – 160 (1,4)
Ordubad rayonu – 34 (1,3)
Abşeron rayonu – 271 (1,3)
Kəngərli rayonu – 20 (1,2)
Şəmkir rayonu – 128 (1,2)
Biləsuvar rayonu – 62 (1,2)
Balakən rayonu – 57 (1,1)
Zaqatala rayonu – 72 (1,1)
Cəlilabad rayonu – 113 (1,0)
Qax rayonu – 30 (1,0)
Yardımlı rayonu – 32 (0,9)
Qobustan – 17 (0,7)



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap