Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Tarix 24.07.26, 9:29

Font ölçüsü : - / +
bitmap-img6


Çin avtomobilləri üçün ehtiyat hissələri bazarında qiymətlər yenidən kəskin dəyişib.

Satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti qısa müddətdə iki dəfədən də çox artıb. Əsas səbəblər arasında bazarda məhsul qıtlığının yaranması göstərilir. Çin avtomobillərinin təmiri və ehtiyyat hissələrinin satışı ilə məşğul olan Tural Rəhmanlı deyir ki, son günlərdə Hörmüz boğazında yaranan məhdudiyyətlərin fonunda həm məhsul qıtlığı, həm də qiymət artımı müşahidə edilir.

Qiymətlər hansı məhsullarda və nə qədər artıb?

Satıcılar bildirirlər ki, məhsulların Azərbaycana çatdırılması üçün əvvəlki marşrutlardan fərqli, dolayı yollardan istifadə edilməsi də əlavə xərc yaradır. Yəni gərginliyin beynəlxalq yükdaşımalarına təsir etməsi sonda idxal edilən məhsulların qiymətində birbaşa özünü göstərir.  Tural Rəhmanlı deyir ki, anbar ehtiyatlarının azalması və tələbatın yüksəlməsi də qiymətlərə təsir edən amildir.

Bahalaşma yalnız yeni ehtiyat hissələri ilə məhdudlaşmır. İkinci əl hissələrin qiymətində də oxşar tendensiya müşahidə olunur. Bəzi detallarda 15-20 faizə qədər artım var.

Bəs qiymət artımı nə vaxta qədər davam edəcək?



Xəbərin oxunma sayı : 70




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap