“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Türk İnvestisiya Fondunun tezliklə layihələrə dəstək verəcəyinə əminəm“ - Ərdoğan

Tarix 06.11.24, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk İnvestisiya Fondunun tezliklə fəaliyyətə başlayacağına ümidvar olduğunu bildirib.

“Report”un Bişkekə ezam olunmuş müxbirinin məlumatına görə, o, bunu Türk Dövlətləri Təşkilatının sammitində deyib.

"Əminəm ki, ötən il yaradılan Türk İnvestisiya Fondu tezliklə fəaliyyətə başlayacaq və layihələrimizə dəstək verəcək", - Ərdoğan qeyd edib.

Türkiyə lideri çıxışında enerji və "yaşıl iqtisadiyyat” məsələlərinə diqqət çəkib, həmçinin elektron ticarət sahəsində əldə edilmiş razılaşmaları müsbət qiymətləndirib.

Bundan əlavə, o, bərpa olunan enerji layihələrinə investisiyaların artırılması üçün əməkdaşlıq səylərini birləşdirməyə və qalıq enerji mənbələrindən asılılığı azaltmağa çağırıb.

Qeyd edək ki, Türk İnvestisiya Fondunun yaradılmasının əsas məqsədi türk dövlətləri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafını təmin etməkdir. Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır.





glycerine.ru
РЕКЛАМА
Глицерин оптом. Крупнейший 



Xəbərin oxunma sayı : 964




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap