“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İspaniyada minlərlə insan hökumət əleyhinə etiraz aksiyasına çıxdı - VİDEO

Tarix 21.01.23, 19:41

Font ölçüsü : - / +
bitmap-img6


İspaniyanın paytaxtı Madridin mərkəzində hökumət əleyhinə etiraz aksiyası keçirilib.

Aksiyada ən azı 30 min insan iştirak edib.

Bu barədə Nazirlər Kabinetinin Madriddəki ofisindən məlumat verilib.

Aksiya şəhər bələdiyyəsinin yerləşdiyi Sibeles meydanında başlayıb. Bir çox iştirakçılar özləri ilə İspaniya bayraqları gətiriblər. Etirazçılar hökumətin istefasını tələb edən şüarlar səsləndiriblər. Həmçinin hazırkı baş nazir Pedro Sançesə qarşı da etirazlarını bildiriblər. Mitinqə bəzi yerli müxalifət siyasətçiləri də qatılıblar.

Aksiya təşkilatçılarının sözlərinə görə, hazırda krallıq “çətin vəziyyətdədir”. Onlar konstitusiyanın müdafiəsi, həmçinin azad və bərabər hüquqlu insanların yaşadığı vahid və çiçəklənən İspaniya üçün etiraz aksiyasına qatılmağa çağırıblar.

“Biz demokratiyamızın korlanması, dövlətimizin zəifləməsi və institutların ciddi dəyişikliyə məruz qalması barədə xəbərdarlıq edirik. Biz hakimiyyətin separatizm, totalitar populizm və ETA siyasi cəbhəsinin (Bask terror qruplaşması) davamçıları tərəfindən dəstəklənməsi və himayə edilməsinə qarşıyıq”, - deyə aksiya təşkilatçıları qeyd ediblər.






Xəbərin oxunma sayı : 595




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap