“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Rifah Plaza” MTK-nın problemləri bitmir - Vergi borcu da yaranıb

Tarix 06.02.25, 8:34

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan MTK-nın külli miqdarda vergi borcu yaranıb.

Musavat.com xəbər verir ki, söhbət “Rifah Plaza” MTK-dan gedir. Şirkətin 184 min manat vergi borcu var.

Qanuni təmsilçisi İdris Babayev olan şirkətin nizamnamə kapitalı 10 manat olaraq göstərilir.

MTK bir neçə dəfə də cərimələnib. Vergilər Nazirliyi MTK-nı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət etmədiyini aşkar edib və 1000 manat maliyyə sanksiyası tətbiq edib. Həmçinin vergi öhdəlikləri üzrə bəyannamələrin vaxtında təqdim etməməyə görə də MTK-ya maliyyə sanksiyası tətbiq edilib.

Şirkətin üz-üzə qaldığı problemlər bununla da yekunlaşmır. Bir müddət əvvəl isə şirkəti Fövqəladə Hallar Nazirliyi cərimələmişdi.

"Rifah Plaza” İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci (tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə) maddəsi ilə təqsirli bilinmişdi.



Xəbərin oxunma sayı : 931




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap