“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İran dövlət mediası: “Əxlaq polisi“ ləğv edilməyib

Tarix 05.12.22, 11:04

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri tənqid hədəfinə çevrilən “əxlaq polisi” bölməsinin ləğv edildiyini açıqlayıb.

Yeniavaz.com “TRT”yə istinadla xəbər verir ki, İranın dövlət mediası daxili işlər nazirliyinin “əxlaq polisi”nə nəzarət etdiyini bildirərək, bu ittihamları təkzib edib.
Digər tərəfdən, İran Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsindən “əxlaq polisi”nin ləğv edilib-edilmədiyi soruşulub. Bölmədən verilən açıqlamada belə bir qərarın onlara çatdırılmadığı bildirilib.
Polis İdarəsi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, İran Polis İdarəsinin nəzdində yaradılan irşad patrulları (əxlaq polisi) ilk dəfə 2006-cı ildə fəaliyyətə başlayıb. İlkin olaraq geyimi qaydalara "uyğun olmayan" qadınlara xəbərdarlıq edən bölmə daha sonra sözügedən qadınları saxlamağa başlayıb.
22 yaşlı Məhsa Əmininin sentyabrın 13-də Tehranda “əxlaq polisi” tərəfindən saxlanıldıqdan 3 gün sonra vəfat etməsi hökumətə qarşı etirazlara və iğtişaşlara səbəb olub. Hələ də davam edən etirazlarda indiyə qədər 400-dən çox insanın öldüyü bildirilir.



Xəbərin oxunma sayı : 415




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap