Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Qarabağ“ Xankəndinə gedir - Nələr olacaq?

Tarix 26.11.23, 15:06

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ” gələn ay Xankəndiyə səfər edəcək.

Apasport.az saytına verilən məlumata görə, Ağdam klubu ölkə kubokunun 1/8 final görüşünün oyununu məhz işğaldan azad edilmiş şəhərdə keçirəcək.

Bununla əlaqədar Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir. "Qarabağ”ın səfər planı artıq tutulub. 1/8 final görüşləri dekabrın 19-21-i arasında keçiriləcək.

Belə ki, Ağdam klubu matçdan bir gün əvvəl səhər saatlarında Heydər Əliyev adına Bakı Hava limanından Füzuli hava limanına uçacaq. Komandanın oyundan bir gün qabaq Şuşada qalacağı gözlənilir.

Matç günü isə komanda Xankəndi Şəhər Stadionuna yollanacaq. Matçdan sonra isə "Qarabağ” Füzuli hava limanına yollanacaq və oradan da Bakıya uçacaq.

Qeyd edək ki, ağdamlıların rəqibi hələ ki, dəqiqləşməyib. İkinci təsnifat mərhələsində MOİK - "Cəbrayıl” görüşündən sonra "Qarabağ”ın rəqibi bəlli olacaq.



Xəbərin oxunma sayı : 1195




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap