Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Putin siyasi riskə gedir” - Britaniya kəşfiyyatı

Tarix 23.09.22, 10:56

Font ölçüsü : - / +
bitmap-img6


Qismən səfərbərlik, hər şeydən əvvəl, Rusiya əhalisi arasında çox qeyri-populyar olacaq. Kremlin başçısı Vladimir Putin əhəmiyyətli siyasi riskə gedir və ümid edir ki, Ukraynaya qarşı müharibə üçün lazımi döyüş gücü yaradacaq.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatçıları Tvitter-səhifədə dərc olunmuş hesabatda bəyan ediblər. Hesabat cümə axşamı, sentyabrın 22-də dərc olunub (Obozrevatel.com).

Mətbuat xidməti xatırladıb ki, Putin qismən səfərbərlik elan edib, Rusiya Federasiyasının (RF) müdafiə naziri Sergey Şoyqu isə planlaşdırılmış çağırışçıların sayını göstərib - 300 min nəfər.

«Hər şeydən əvvəl, Rusiya logistik və administrativ problemlərlə qarşılaşacaq - hətta 300 min nəfərin toplanışı mümkün olsa da» - hesabatda deyilir.

Ehtimal ki, hərbi rəhbərlik yeni birləşmələrin hissələrini cəbhəyə çıxaracaq, ancaq o, çətin ki, bir neçə ay ərzində döyüş qabiliyyətli olsun.

Üstəlik, belə gözlənilməz qərar Putin üçün siyasi riskli olacaq. Britaniya kəşfiyyatında qeyd olunduğu kimi, bu, faktiki olaraq, onun etirafıdır ki, Rusiya Ukraynaya qarşı döyüşmək istəyən könüllülər ehtiyatını tükədib.



Xəbərin oxunma sayı : 697




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap