Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Ölkəyə gətirilən hibrid avtomobillərin sayı və qiyməti artıb – Son məlumatlar

Tarix 18.07.24, 11:47

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 6 ayı ərzində Azərbaycana 779 milyon 364 min dollar dəyərində 42 min 335 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Yeniavaz.com-un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 409 dollar (31 min 296 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 15 min 573 dollar (26 min 474 manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 18% və ya 2 min 836 dollar (4 min 821 manat) artıb.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 6 min 38 ədəd azalıb.
İdxal olunan avtomobillərin ümumi sayı azalsa da, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalı artıb. Belə ki, ötən ilin ilk 6 ayında xaricdən 7 min 329 ədəd hibrid avtomobil gətirildiyi halda, bu ilin ilk 6 ayında 8 min 959 ədəd hibrid avtomobil gətirilib.
İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 29 min 704 dollar (50 min 498 manat) olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 21 min 774 dollar (37 min 16 manat) olub. Son bir ildə ölkəyə idxal olunan hibrid avtomobillərin orta gömrük dəyəri 36% və ya 7 min 930 dollar (13 min 481 manat) artıb.



Xəbərin oxunma sayı : 568




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap