“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

Tarix 07.09.26, 11:20

Font ölçüsü : - / +
bitmap-img6


İsveçin Gevle şəhərində keçiriləcək bələdiyyə seçkilərində ən yaşlı və ən gənc namizəd diqqət çəkib.

AzEdu.az İsveçin SVT telekanalına istinadən xəbər verir ki, “Yaşıllar” Partiyasının 95 yaşlı nümayəndəsi Ken Kubulenso və “Mötədillər”dən namizəd olan 18 yaşlı Rihad Ələkbərov Gevle bələdiyyə şurasına seçilmək üçün mübarizə aparır”.

SVT hər iki namizədi bir araya gətirərək onların həyat, siyasət və cəmiyyətlə bağlı fikirlərini öyrənib.

Ken Kubulenso Yamaykada anadan olub. O, İkinci Dünya müharibəsi başlayanda 8 yaşında olub.

Kanal qeyd edir ki, Rihad Ələkbərov isə İsveçdə “iPhone”un satışa çıxarıldığı ildə doğulub və cəmi bir neçə gün əvvəl 18 yaşını tamamlayaraq yetkinlik yaşına çatıb.

Aralarında 77 yaş fərq olmasına baxmayaraq, hər iki namizəd cəmiyyəti daha yaxşı istiqamətdə dəyişmək istəyi ilə ortaq mövqedədir.

Söhbət zamanı Rihad Ələkbərov müasir dövrdə gənclərin malik olduğu azadlıqlardan danışarkən, keçmişdə insanların həyatının daha sadə olduğunu düşündüyünü deyib.

“Keçmişdə hər şeyin daha sadə olduğu dövrü yaşamaq istərdim. Mobil telefonlar və internet yox idi. Hamı eyni kanallara baxırdı. İnsanların o qədər də çox seçimi yox idi”, – deyə o bildirib.

Namizədlərdən azad iradənin mövcud olub-olmaması da soruşulub. Ələkbərovun fikrincə, insanın qərarlarına sosial və psixoloji amillər, eləcə də ətraf mühit təsir edir. Kubulenso isə insanın yaxşı mühitdə olduğu zaman daha sərbəst düşünə bildiyini söyləyib.

Rihad Ələkbərov müsahibə zamanı partiyasının mövqeyindən fərqli düşündüyü məsələlərdən birini də açıqlayıb.

O, İsveçdə alkoqol satışına tətbiq edilən dövlət inhisarının – “Systembolaget” sisteminin qorunmasını dəstəklədiyini bildirib. Halbuki Mötədillər Partiyasının bir çox üzvü bu inhisarın ləğvinin tərəfdarıdır.

“Mən alkoqol inhisarının və alkoqol istehlakına məhdudiyyət qoyulmasının yaxşı olduğunu düşünürəm. Özüm içki içmirəm və bunun daha çox insan üçün əlçatan edilməsinin tərəfdarı deyiləm”, – deyə 18 yaşlı namizəd vurğulayıb.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap