“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azərbaycan 2032-ci ildən 2 yeni yaşıl enerji dəhlizini istifadəyə verəcək“ - Pərviz Şahbazov

Tarix 07.09.26, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan 2032-ci ildən 2 yeni yaşıl enerji dəhlizini istifadəyə verilməsini planlaşdırır.

AzFakt.com "Report"a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, digər strateji prioritetlər arasında regional və regionlararası əlaqələr vasitəsilə "yaşıl enerji"ni beynəlxalq bazarlara çıxarmaqdır: "Ümumi gücü 3,9 min meqavat olan "Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin texniki-iqtisadi əsaslandırması layihənin reallığını təsdiqlənib. ​2032-ci ildən etibarən həm bu dəhlizin birinci mərhələsinin, həm də "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Əlaqəsi"nin istifadəyə verilməsi gözlənilir".

Nazir bildirib ki, ​Türkiyəyə və Gürcüstan, Zəngəzur dəhlizi və Azərbaycanın Naxçıvan bölgəsi vasitəsilə Avropaya yeni yaşıl enerji dəhlizlərinin inkişafı üçün konkret addımlar atılır: "​İnkişaf etdirdiyimiz diversifikasiya olunmuş enerji əlaqələri regionlararası enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Azərbaycanın hüdudlarından kənarda, geniş bir coğrafiyada emissiyaların azaldılmasına töhfə verəcəkdir".

O qeyd edib ki, Türkiyənin ev sahibliyi edəcəyi və təmiz enerjiyə keçid ilə elektrifikasiyanın əsas prioritetlər arasında olacağı COP31-ə doğru irəlilədikcə, Azərbaycan energetika keçidi gündəliyini konkret layihələrə, regional əlaqələrə və emissiyaların real azaldılmasına çevirməyə kömək edərək COP29-un irsini inkişaf etdirməyə davam edəcək: "​İnanırıq ki, gələcəyin enerji sistemi yalnız daha yaşıl deyil, həm də daha təhlükəsiz, çevik və davamlı olmalıdır".



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap