Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

10 ayda Azərbaycana 100 milyon dollar gətirən Elvin Şirinov kimdir?

Tarix 03.12.23, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 10 ayı ərzində Azərbaycanın ümumi ixracı 29,3 milyard dollar olub və bunun cəmi 9,2%-i və ya 2,7 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan qeyri-neft məhsullarının 17%-i və ya 456 milyon dolları 9 şirkət və 1 fərdi sahibkarın payına düşüb.

2023-cü ilin ilk 10 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin (fərdi sahibkarların) siyahısı aşağıdakı kimi olub:

Şirinov Elvin Valeh oğlu – 98,4 milyon dollar
"MKT İstehsalat Kommersiya” MMC – 75,2 milyon dollar
"Baku Steel Company” QSC  – 58,7 milyon dollar
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi – 53,2 milyon dollar
"Best Logistik” MMC – 37,4 milyon dollar
"STP Global Cable” MMC – 31,1 milyon dollar
"My Fruit” MMC – 30,1 milyon dollar
"P-Aqro” MMC – 28,7 milyon dollar
"Mors Trading” MMC – 22,6 milyon dollar
"Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC – 20,7 milyon dollar

Məlumat üçün onu da bildirək ki, 10 ay ərzində 100 milyon dollara yaxın məhsul ixrac edən Elvin Şirinov haqqında açıq mənbələrdə məlumat mövcud deyil. Fərdi sahibkar kimi (VÖEN – 2700187092) 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınan Elvin Şirinovun hansı məhsulları ixrac etdiyi barədə də məlumat yoxdur.

Lakin qeyd edək ki, rəsmi qurumlar Azərbaycanın ən böyük ixracatçısı barədə məlumat açıqlamasalar da, xarici ölkələrin müvafiq rəsmi qurumları Elvin Şirinov barəsində məlumatları açıqlayıblar.

Məsələn, Ukraynanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlardan belə görünür ki, Elvin Valeh oğlu Şirinov Mingəçevir şəhəri, Ə. Vahid küçəsi ev 2, m. 88-də qeydiyyatdadır. Elvin Şirinov Ukraynaya əsasən qarpız və qovun olmaqla meyvə-tərəvəz ixrac edir. Elvin Şirinovun ixrac etdiyi məhsulların Ukraynadakı alıcısı "FPP Antares” şirkətidir. Bu şirkət 2022-ci ilin yanvar ayında təsis olunub. Elvin Şirinovun adı da Azərbaycanın ən böyük 10 ixracatçısı siyahısına ilk dəfə 2022-ci ildə düşüb.



Xəbərin oxunma sayı : 709




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap