Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Yeni dəyişiklik onların cibinə - Necə təsir edəcək?

Tarix 23.05.25, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


“Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürdü: bəzi bloqerlər üçün qızıl dövr bitdi. Bloqerlərin bazar payı nə qədərdir, yeni qanunun tətbiqində bloqerlər və sosial media üçün risklər varmı? Reklam haqqında qanuna dəyişikliklər təsdiqlənib. Artıq sosial mediada reklamla məşğul olan influenserlər və bloqerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün yeni tələblər müəyyən edilib”​.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz reklamla bağlı qüvvəyə minən yenilikləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, bloqer reklam paylaşımında mütləq açıq şəkildə “reklam” və ya “sponsorluq” sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi açıqlamamalı, sifarişçi haqqında məlumatlar verməli və lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır və s.

Ekspert “Bloqerlər çoxdurmu, nə qədər qazanırdılar, bu bazarın həcmi nə qədərdir?” sualına da aydınlıq gətirib: “Azərbaycanda əsasən “Meta” (“İnstagram”, “Facebook” və s.) və “Google” (“Youtube” və s.) rəqəmsal reklam bazarında üstünlük təşkil edir. Son dövrlərdə “TikTok” da bu bazardan xeyli pay qopardır.

Azərbaycanda bu sektorda məhz bu tip reklam bazarının payı ildə təxminən 10 milyon manat civarındadır. Sosialda az sayda bloqer var ki, bu fəaliyyətdən aylıq 50 min manatdan yuxarı dövriyyəsi ola bilər.

Ümumiyyətlə isə qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlayır. Bir kampaniya üçün ortalama 500-1500 manat, hətta 10-15 min manat alan bloqerlər də var.

Əksəriyyət isə elə də böyük pullar qazanmır. Yeri gəlmişkən, həmin bu 10 milyon əvvəllər TV-lərə çatırdı. İndi rəqəmsal bazar bunu TV-lərin əlindən alıb. Bu rəqəm getdikcə artacaq. Baxmayaraq ki, bir neçə gün öncə bir dəfə də olsun auditi keçirilməyən, hesabatlılığı olmayan, TV-lərin reytinqini ölçən “Marsa Azərbaycan” media üçün reallığı əks etdirməyən başqa data açıqlayıb. Bu isə başqa bir müzakirə mövzusudur.

Bloqerlik və influenserlik cəmiyyətə nə verir?

Bəzən bu sahədə çalışanlara qarşı mənfi münasibətin çox olması müşahidə olunur. Bu fəaliyyətlə məşğul olanların hamısına mənfi münasibət bəsləmək, tənqid hədəfinə çevirmək doğru olmazdı.

İnfluenserlərin və bloqerlərin paylaşımları cəmiyyətin informasiya qəbuluna, davranış modellərinə və ictimai rəyə birbaşa təsir edir. Onlar təkcə reklam deyil, həm də maarifləndirmə, sosial məsuliyyət və ictimai diskussiyaların formalaşmasında mühüm rol oynayırlar”.


O. Gündüz bu dəyişikliklərin reklam bazarına, sosial medianın inkişafına necə təsir edəcəyinə də münasibət bildirib: “Düşünürəm ki, ümumiyyətlə, bu bazarın tənzimlənməsi üçün şərait çoxdan yetişmişdi. VÖEN-lə fəaliyyət göstərən məsuliyyətli bloqerlərlə yanaşı, xeyli sayda qeyri-peşəkarlar, sui-istifadəçilər, nəyisə necə gəldi reklam edənlər, xeyli qazansalar da heç bir vergi ödəməyənlər də vardı. Bu dəyişikliklər reklam bazarının peşəkarlaşması, vergi mədəniyyətinin formalaşması, istehlakçıların aldadılmasının qarşısının alınması və şəffaflığın təmin olunması baxımından müsbət addımdır. Sifarişçilər üçün də daha etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontent keyfiyyəti artacaq, sosial mediada izləyici etimadı güclənəcək. Amma risklər də var.

Qanunun tətbiqində yol verilən aşırı addımlar bu kiçik biznes üçün, yeni bloqer və influenserlər üçün çətinlik yarada, yenicə auditoriya toplayan gənclər üçün tormozlayıcı faktora çevrilə, sosial medianın özünün inkişafı ilə bağlı problemlər yarana bilər. Yəni sosial media məhz müxtəlif fikirliliyə, rəngarəngliyə, hər bir istifadəçinin yaratdığı kontentin fərqliliyinə görə maraqlıdır.

Əgər yalnız yeknəsəng, yalnız kommersiya məqsədli paylaşımlar üstünlük təşkil edərsə, bu sektorun inkişafına da mənfi təsirlər olacaq. Bu qanunun icrasında əsas məqam ictimai nəzarətlə və ictimai iştirakçılıqla bağlı olacaq. İctimai nəzarət addımlarının isə nifrət zəmininə çevrilməməsi üçün maarifləndirmə, cəmiyyətin inkişafı, ictimai maraqlar inkişaf etdirilməlidir.

Qanunun tətbiqi şəffaf, balanslı və maarifləndirici olmasa, gənclərdə bu sahəyə marağın azalmasına, yaradıcı azadlığın zədələnməsinə, nəzarətdə olan reklam sektorunun zəifləməsinə, gizli və xaricdən olan reklamın üstünlük qazanmasına gətirib çıxara bilər”.



Xəbərin oxunma sayı : 193




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap