Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Kamran Əliyev BMT baş katibinin müavini ilə görüşdü - FOTO

Tarix 23.05.25, 13:57

Font ölçüsü : - / +
bitmap-img6


Vyanada işgüzar səfərdə olan baş prokuror Kamran Əliyev ilə BMT baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarənin (BMTNCİ) icraçı direktoru Qada Vali arasında görüş keçirilib.

AzFakt.com xəbər verir ki, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud olan yüksəksəviyyəli münasibətlər və hüquq-mühafizə orqanlarımızla BMTNCİ arasında formalaşmış səmərəli əməkdaşlıq xüsusi məmnunluqla qeyd edilib. Bildirilib ki, son bir ildə Bakıda və Vyanada təşkil olunmuş birgə sessiyalar bu tərəfdaşlığın möhkəmlənməsinə, eyni zamanda cinayətkarlığa qarşı mübarizədə yeni yanaşmalar və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verib.

Qada Vali, BMT-nin qlobal antikorrupsiya platforması olan GLOBE şəbəkəsinin 6-cı plenar iclasının Bakıda yüksək səviyyədə təşkili münasibətilə Kamran Əliyevi təbrik edib, hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib. O, tədbirin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ümumilikdə dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Baş prokuror öz növbəsində GLOBE şəbəkəsinin Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan beynəlxalq platforma olduğunu qeyd edərək bildirib ki, bu təşəbbüs ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsindəki mövqeyinin gücləndirilməsi baxımından mühüm vasitədir. O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin plenar iclasın iştirakçılarına ünvanladığı müraciətdə ifadə olunduğu kimi, bu tədbir hökumət və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə, həmçinin qlobal əhəmiyyət kəsb edən mühüm təşəbbüslər, o cümlədən Orta Dəhliz boyunca hüquq-mühafizə əməkdaşlığının gücləndirilməsi və cinayətkarlığa qarşı regional səylərin əlaqələndirilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə Dövlətlərarası Əməkdaşlıq Şəbəkəsi (CASC) çərçivəsində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin Braziliyanın Belem şəhərində keçiriləcək COP30 Konfransı ərəfəsində ətraf mühitin mühafizəsi, ekoloji cinayətlərə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin mümkünlüyünü müzakirə ediblər.

Sonda qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret fəaliyyət planlarının hazırlanması istiqamətində razılıq ifadə olunub.







Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap