Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Baş nazirdən alkoqollu içkilərlə bağlı - QƏRAR

Tarix 22.05.25, 17:55

Font ölçüsü : - / +
bitmap-img6


Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətinin müəyyən edilməsi Qaydası təsdiq edilib.

AzFakt.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, məhsulun pərakəndə satışına dair minimum qiymət qablaşdırma həcmlərinə uyğun olaraq müəyyən edilir. Pərakəndə satışa dair minimum qiymətin müəyyənləşdirilməsi üçün İqtisadiyyat Nazirliyinin müraciəti əsasında illik istehsal həcmi 60 min dekalitrdən və işçi sayı 30 nəfərdən çox olan məhsul istehsalçıları tərəfindən “Məhsulun pərakəndə qiymətinin kalkulyasiyası Forması” doldurularaq 15 (on beş) iş günü müddətində Nazirliyə təqdim olunur.

Məhsulun pərakəndə satışına dair minimum qiymət istehsalçıların nəzərdə tutulmuş müddətdə müvafiq məhsul üzrə təqdim etdiyi pərakəndə satış qiymətlərinin ədədi ortası kimi müəyyən edilir. Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qərar Forma təqdim edildikdən sonra Nazirlik tərəfindən 1 (bir) ay müddətində təsdiq edilir və təsdiq edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir.

Məhsulun maya dəyəri 5 faizdən çox dəyişdiyi istehsalçıların minimum 50 faizinin müraciəti əsasında məhsulun pərakəndə satışına dair müəyyən olunmuş minimum qiymətə bu Qaydaya uyğun olaraq yenidən baxılır.

Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qəbul edilmiş qərar haqqında məlumat Nazirlik tərəfindən “İnformasiya əldə etmək haqqında” qnunun tələblərinə uyğun olaraq qiymətin qüvvəyə mindiyi tarixdən ən azı 30 (otuz) gün əvvəl verilir.

Bu tələb üzrə alkoqollu içki növü olan arağın illik istehsal həcmi 2030-2031-ci illər üzrə 80 min dekalitr, 2032-ci il yanvarın 1-dən 100 min dekalitr tətbiq edilir.



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap