![]() |
|














Qarabağın işğalında iştirakını etiraf etdi - FOTOLAR
Tarix 23.05.25, 22:35 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 23-də davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesində dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalı prosesində iştirak etdiyini təsdiqləyib. O, müxtəlif illərdə keçmiş qondarma qurumda “tabor komandiri”, “diviziya komandiri” və “artilleriya rəisi” olduğunu bildirib.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran təqsirləndirilən şəxs Samvel Karapetyan rəhbərlik etdiyi hərbi hissənin tərkibində Azərbaycanın suveren ərazilərinin işğalında iştirakını etiraf edərək deyib: “Ağdamda, Cəbrayılda, Ağdərədə, Füzulidə və digər ərazilərdə aparılan döyüş əməliyyatlarında iştirak etmişəm”.
Məhkəmə prosesində daha sonra Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın təşəbbüsü ilə yaradılan “Şuşa əlahiddə taboru”nun tərkibində xarici ölkələrdən gələn şəxslərin iştirakını ifşa edən videomaterial tədqiq olunub.
Kadrlarda bildirilir ki, Ermənistandan və dünyanın müxtəlif yerlərindən, o cümlədən ABŞ-dan, Kanadadan, Suriyadan gələn 210-dan artıq daşnak və könüllü tərəfindən 1991-ci il noyabrın 5-də “Şuşa əlahiddə taboru” yaradılıb.
Videomaterialda deyilir ki, “Qarabağın azad edilməsi uğrunda” döyüşlərdə iştirak edən təxminən 100 erməni diaspor nümayəndəsindən 65-i bu taborun döyüşçüsü olub. Kadrlarda göstərilir ki, işğalçı Ermənistan ordusunun hərbçisi Petros Gevondyanın abidəsi önünə güllər qoyulur.
Materialda, həmçinin bildirilir: “Jirayr Sefilyan 1967-ci ildə Beyrutda anadan olub. “Mübarizə”də iştirak etmək məqsədilə 1990-cı ildə vətənə gəlib. Hərbi təlimçi kimi 1990-cı ildən Ermənistanın müxtəlif rayonlarında “yerli özünümüdafiə qrupları”nın formalaşmasında iştirak edib. 1991-ci ildə qrup komandiri kimi Qarabağın bir sıra rayonlarının yaşayış məntəqələrinin “müdafiəsi”ndə iştirak edib.
1992-ci ildə “Daşnaksütyun” döyüş qrupları əsasında Qarabağda ilk bölmələrdən biri yaradılıb və bunun əsasında bir neçə ay sonra keçmiş qondarma rejimin “ordusu”nun “Şuşa əlahiddə batalyonu” formalaşıb. Bütün müharibə boyunca bu hərbi hissənin komandiri Jirayr Sefilyan olub. Onun rəhbərliyi altında həmin hərbi hissənin bölmələri Qarabağın bütün rayonlarının, həmçinin Ağdamın işğal edilməsində iştirak edib.
Videoda bildirilir ki, Qarabağın “azad edilməsi” döyüşlərində iştirak edən təxminən 100 erməni diaspor nümayəndəsindən 65-i bu taborun döyüşçüləri olub. Vurğulanır ki, müharibədən sonra J.Sefilyan 1997-ci ildən 1998-ci ilədək 6-cı müdafiə rayonunun komandiri olub. O, 1-ci dərəcəli “Döyüş Xaçı” medalı (Ermənistan Respublikasının – red.), digər döyüş medalları və dövlət mükafatları ilə təltif olunub. Ermənistanın silahlı qüvvələrində polkovnik-leytenant rütbəsinə malikdir.
Videomaterialda Movses Akopyan (2016-2018-ci illərdə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi olub – red.) çıxışında onların hərbi hissələrinin əməliyyatlarından danışıb və bildirib ki, xüsusən də Horadiz istiqamətində döyüşlərdə iştirak ediblər: “Bu gün xidmət edən zabitlər xəritə üzərindən görə bilərlər ki, Qaraxanbəyli istiqamətində düşmənin dərinliyinə doğru irəliləmişik. Tabor Əsgəran, Şuşa, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Zəngilan əməliyyatlarında iştirak edib”.
Kadrlarda Davit İşxanyan da görünür.
Videogörüntülərdəki şəxsin özü olduğunu təsdiqləyən təqsirləndirilən David Manukyan Şuşa taborunun tərkibində Ağdərədə və Kəlbəcərdə aparılan döyüş əməliyyatlarında iştirak etdiyini deyib.
D.Manukyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında iddia edib ki, Şuşa taborunun tərkibində muzdlular olmayıb, amma xarici ölkələrdən gələn şəxslər iştirak edib.
Videomateriallar tədqiq edilməklə sualları cavablandıran təqsirləndirilən David Manukyan təqdim olunan görüntülərdəki şəxsin özünün olmasını təkrar təsdiqləyərək, Şuşa taborunun tərkibində Ağdərədə, Kəlbəcərdə aparılan döyüş əməliyyatlarında iştirak etdiyini bildirib.
Təqsirləndirilən şəxs işğal dövründə Azərbaycan ərazilərinin talan edilməsi barədə suallara cavab verməkdən yayınıb.
Daha sonra sualları cavablandıran təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamçısı Vüsal Abdullayevin “1993-1994-cü illərdə hansı əməliyyatlarda iştirak etmisiniz” sualına cavab olaraq deyib ki, sağlamlığı ilə əlaqədar atəş aça bilmədiyinə görə döyüş əməliyyatlarında iştirak etməyib. “Xankəndidə yerləşən 8-ci alayın mərkəzi müdafiə rayonunun silah anbarına cavabdeh şəxs idim. 8-ci alay demək olar bütün döyüş əməliyyatlarında - Şuşa, Laçın, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Horadiz döyüşlərində iştirak edib. Həmin alayın komandirlərindən biri də qardaşım olub. Alayın komandiri isə Samvel Karapetyan idi. Onu 1993-cü ilin yanvarından tanıyıram”, - deyə o əlavə edib.
Ardınca videomaterial nümayiş olunmaqla Arayik Harutyunyana suallar verilib.
Videomaterialda jurnalistə müsahibə verən A.Harutyunyan döyüş əməliyyatlarının aparılması qaydası haqqında və Samvel Karapetyanla ilk görüşü barədə məlumatlar verərək deyir: “Mənim sonrakı komandirimlə (Samvel Karapetyan - red.) ilk görüşüm 1992-ci il mayın 7-də olub. O vaxt biz mayın 9-da Şuşaya girmək əməliyyatını planlaşdırırdıq. Hər şey uğurla başa çatdı, Şuşanı azad etdik”.
Kadrlarda təqsirləndirilən şəxsin Samvel Karapetyanla birgə tankın üzərində oturub durbinlə ərazini müşahidə etdiyi görünür.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran A.Harutyunyan videomaterialda danışdıqlarını yalan adlandırıb, bu fikirləri qardaşının adından səsləndirdiyini deyib.
Təqsirləndirilən şəxs Güllücənin tutulması barədə videoda səsləndirdiyi fikirlər barədə isə qeyd edib: “Biz Güllücəyə girdik deyərkən 8-ci alayı nəzərdə tuturdum”.
Məhkəmə prosesində nümayiş olunan fotoşəkillərin bəzilərində Arayik Harutyunyan özünü tanıyıb. Şəkillərin əksəriyyətində o, hərbi formada görünür.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin niyə icra olunmaması barədə suallar verib.
O, suallara cavabında deyib: “Bu barədə qərar var idi. Amma niyə yerinə yetirilməməsini bilmirəm. Mən Levon Ter-Petrosyanla da görüşmüşdüm. Başa düşdüm ki, yekdillik olmayıb”.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Vüsal Abdullayevin suallarını cavablandıran təqsirləndirilən şəxs 2018-2019-cu illərdə Ermənistanla keçmiş qondarma qurum arasında keçirilən 2 iclasın birində iştirak etdiyini vurğulayaraq söyləyib: “2020-ci ilin may ayında “prezident” vəzifəsini qəbul etdim. İyun ayında Ermənistanın baş naziri Nikol Paşinyandan xahiş etmişəm ki, iclas çağırsın. İstəyirdim ki, Azərbaycanla danışıqlar olsun, yekun razılığa gəlinsin. Həmin söhbətdə BMT-nin 4 qətnaməsi də var idi”.
Dövlət ittihamçısı Vüsal Əliyevin vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərinin talanması barədə sualına cavab verən A.Harutyunyan qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb.
Daha sonra dindirilən David Babayan dövlət ittihamçılarının BMT Təhlükəsizlik Şurasının qətnamələrindəki işğalçı qüvvələrin kim olması barədə suallarına cavab verməkdən yayınıb.
Məhkəmədə Arkadi Qukasyanın vəkillərinin biri məhkəməyə müraciət edərək səhhətində yaranan problemə görə əvəzlənməsini xahiş edib.
A.Qukasyan müdafiəçisinin dəyişməsinə etirazının olmadığını bildirib. Məhkəmə təqsirləndirilən şəxsə yeni müdafiəçinin təyin olunması barədə qərar qəbul edib və icrası üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərib.
Məhkəmə iclasında təqsirləndirilən şəxslər, həmçinin müdafiəçilərin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını cavablandırıblar.
Məhkəmə prosesi mayın 26-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.




































Xəbərin oxunma sayı : 244
Hadisə
Xəbərlər
-
“Sənətimə “bayağı“ deyən qələt edir” - Vəfa Şərifova (VİDEO)
-
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi qrup liderliyinə yüksəldi
-
Arazı üzərək Naxçıvana keçib - İrana gedən Elminin başına gələn ilginc hadisələr
-
DSMF “əməkdaşı“ kirayə ev tutdu, qazinin xanımını aldatdı - Film kimi dələduzluq
-
Rusiya sülh yolu ilə nizamlanma prosesinə sadiqdir - Sergey Lavrov
-
Azərbaycanda daha bir aeroport fəaliyyətə başlasın - TƏKLİF
-
Nəsimi rayonunda qanunsuz tikinti - Səkinin zəbt olunmasına kim icazə verib?
-
Qarabağın işğalında iştirakını etiraf etdi - FOTOLAR
-
“ABŞ-nin atəşkəslə bağlı yardımına ümid edirik“ - Umerov
-
Bakıda tikilən bu binaya xərclənən vəsait açıqlandı - “10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı”
-
Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4...
-
Axtarışda olan məşhur milyonçunun oğlu məhkəməni uduzdu - adını da, alimenti də verəcək
-
“Beş il əvvəl bu, fantaziya kimi qəbul oluna bilərdi” - Hikmət Hacıyev
-
Serbiya geostrateji seçim qarşısındadır - Avropa İttifaqı
-
“NATO-ya görə şərlənmişəm” - Sabirabadda atasını öldürən şəxs xəstə imiş
-
Röya lüks avtomobilləri ilə görüntüləndi - VİDEO
-
Millimizdə İsayev müəmması: Santuş “zədəlidir“, xəstəxana “sağlamdır“ deyir
-
Samir Nuriyev iclas keçirdi - Prezidentin tapşırıqları çatdırıldı
-
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi
-
171 vətəndaşdan alınan 14 milyon manatın yeri məhkəmədə üzə çıxdı - Pullar “Atlant”a qoyulub
-
Aİ-92 və dizelin bahalaşması ilə bağlı mühüma çıqlama - “Yaxın vaxtlarda...”
-
“Rabitəbank”a neçə dəfə maliyyə sanksiyası tətbiq edilib? - STATİSTİKA
-
“WhatsApp”a ulduz işarəsi gəldi - Sıxanda bu görünəcək
-
ABŞ Aİ mallarına 50% gömrük rüsumu tətbiq edə bilər - Bu barədə Tramp paylaşım edib
-
Ölkədən çıxışına “stop“ qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
-
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
-
Rayonlara leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Anadolu Ankası - 2025“ təlimi başa çatıb - VİDEO
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnənə açıqlandı
-
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
“Xaricdən gələn şəxslərdən “Şuşa əlahiddə taboru” yaradılmışdı“ - Manukyan məhkəmədə açıqladı
-
Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA
-
Nazirlik 14 ədəd “Hyundai” alır - 880 min manata
-
Yeni dəyişiklik onların cibinə - Necə təsir edəcək?
-
Zaur Mikayılovun keçmişə U dönüşü - Sabirabad Suvarma Sistemlərində nə baş verir?
-
Məhkəmə tiktoker Vüqar Zeynalzadə haqqında qərar verdi - Həbs qətimkan tədbirinin müddəti uzadılıb
-
15 yaşlı qızı qaçıran şəxsə - Bu cəza verildi
-
Azərbaycana iribuynuzlu heyvan və qoyun idxalı kəskin artıb - Ölkələr və qiymətlər
-
Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi
-
“Mal bazarı”ndakı müəmmalı ölüm - Cinayət işi ilə bağlı 5 dəfə maddə dəyişdi
-
Hikmət Hacıyevdən Bakı-Ağdam qatarı ilə bağlı paylaşım - Video
-
Kamran Əliyev BMT baş katibinin müavini ilə görüşdü - FOTO
-
Deputatar nə vaxt toplanacaq? - Spikerdən açıqlama
-
31 ildir həbsdədir, əfv olunmaq istəyir - FOTO
-
Xırdalan şəhərində qanunsuz tikinti aparan Alişan kimdir? - VİDEO
-
Nuranə niyə ödürülüb? - Hadisə yerindən (VİDEO)
-
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın havası
-
İcra başçısı bu xanımı özünə müavin təyin etdi - Məktəb direktoru idi
-
Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar - RƏSMİ
-
Bakıda yolu keçən yaşlı kişi dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO
-
Aİ Macarıstanı cəzalandırmağa hazırlaşır - 7-ci maddə işə düşdü
-
Rayonlarda özəl sektorda nə qədər maaş verilir? - Cəmi 5 rayonda 900 manatdan yuxarıdır
-
Prezident TDT-nin daxili işlər nazirlərini qəbul edib - FOTOLAR
-
Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı - VİDEO
-
Avropa Liqasının rəmzi komandası məlum oldu - Siyahı
-
Röya Kann Film Festivalında - FOTOLAR
-
NATO nümayəndələri ilə danışıqlar aparıldı - Bakıda
-
Bu məktəb direktorları işdən qovuldu - RƏSMİ
-
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
-
Bakıda salınacaq bulvar ərazisindən yeni görüntülər - VİDEO
-
Moskva yenidən PUA hücumuna məruz qalıb - Uçuşlar dayandırılıb
-
Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür - VİDEO
-
Müğənni Nəfəsin səsini yandırmaq istəyiblər - İlk dəfə açıqladı
-
“Qarabağ“ın ÇL-ə hansı mərhələdən başlayacağı dəqiqləşdi - Yekun qərar
-
AHİK-in “putyovka“ biznesi... - APA TV Sahib Məmmədovu “vurdu“ (VİDEO)
-
Nəzarətçi məhkum qadına mobil telefonu necə verib? - İfşa olundu
-
Məhsulu yalandan reklam edə bilməyəcəklər - Bloqerlərə bəd xəbər
-
“Atlant“ istirahət mərkəzi satıla bilər: Qalmaqallı dələduzluq işi
-
Prezident İlham Əliyev onu təltif edildi - Tələt Məcidov kimdir? + DOSYE
-
Everesti fəth edən ilk azərbaycanlı qadın danışdı - VİDEO
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Onlar Bakıda məhkəmədə sorğu-sual edilir
-
Hikmət Hacıyev NATO rəhbərliyi ilə təhlükəsizlik və tərəfdaşlıq məsələlərini müzakirə edib - FOTO
-
Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün mühüm mərhələ başlayıb - Türkiyə MTŞ
-
“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinə HÖKM OXUNDU
-
Siyəzəndə ağır qəza - Bir ailənin 4 üzvü xəsarət aldı
-
Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
Müğənnilər arasında gərginlik: “Böyük bir səhv etdin, Allahdan qorx!“
-
İran Prezidenti ürək əməliyyatı icra etdi - Fotolar
-
DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? - FOTO/VİDEO
-
Sumqayıtda ağacları doğratdırıb obyekt tikən Telman Rzayev kimdir? - FOTO
-
Pakistan Baş naziri Azərbaycana səfər edəcək - Gələn həftə
-
Deputatın şirkətinə daha bir jest - 2 milyonluq layihə
-
Baş nazirdən alkoqollu içkilərlə bağlı - QƏRAR
-
Paşazadənin səlahiyyətləri azaldıldı - Özü AÇIQLAYIB
-
“Asan pul” arzusu faciəyə çevrilir: Qanunsuz mərc oyunları ailələri məhv edir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hindistan Pakistanın suyunu kəsir – müharibə vəziyyəti davam edir
-
Bazar günü qəbul imtahanı olacaq - İki qrup üzrə
-
Mediator ola bilməyən şəxslərin dairəsi genişləndirildi - SİYAHI
-
Ərdoğan yenidən prezidentliyə namizəd olmayacaq - Özü açıqladı
-
“Gənclər təhsil üçün xaricə üz tuturlar“ - Təhsil eksperti
-
31 dərəcə isti olacaq - Sabahın havası
-
“Mənə 6000 maaş veriləcəyini dedi” - İş yoldaşını aldatdı
-
Bakının bu ərazisində yeni bulvar salınır - FOTO
-
Prezident bu şəxsləri təltif etdi - Sərəncam
-
Taksi sürücüləri üçün imtahan olacaq - Bu tarixdə
-
Daha bir qadın müəllim icra başçısına müavin təyin olundu - FOTO
-
4 ayda kartlardan 6 milyon oğurlanıb: “Mərkəzi Bank reaksiya verməlidir“
-
Prezident onu sədr müavini təyin etdi - SƏRƏNCAM
-
Azərbaycanın Çindəki ticarət nümayəndəsi milyonluq obyekt tikdirib - SƏNƏD
-
Benzin və dizelin idxal limitləri və aksiz vergilərində dəyişiklik edildi - QƏRAR
-
İrəvan qazılığının fəaliyyəti bərpa olundu - Yeni qazı təyin edildi
-
Sürücülər ən çox iki sığorta şirkətindən şikayət ediblər - Rəsmi
-
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir? - FOTO
-
Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO
-
Qafqaz Müsəlmanları İdarəsində təyinat - Yeni sədr müavini təyin edildi
-
Yaşayış minimumunu artıran dəyişiklik - İqtisadçı detalları açıqladı
-
Traktorla velosipedçini vurub öldürdü - Sürücülük vəsiqəsi yox imiş
-
Şiddətli töhmət alan sədrdən yeni təyinat - FOTO
-
QMİ fətva verdi - Qurban bayramı ilə bağlı
-
Nazirdən yeni təyinat: Şöbələr ləğv edildi
-
Azərbaycanda iş tapmaq niyə çətinləşib? - VİDEO
-
Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi
-
“İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq imkanı var“ - Rubio
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Plastik cərrahlar üçün yeni kafedra - bu əməliyyatlara icazə verilməyəcək
-
Daha 10 şirkət bazarı tərk etdi - MMC-lər niyə batır?
-
ABŞ-da İsrail səfirliyinin iki əməkdaşı öldürüldü - Video
-
Ukrayna ilə bağlı danışıqlar gələn həftə Vatikanda baş tuta bilər - Finlandiya Prezidenti
-
Özəl klinikalarda qiymətlər necə təyin olunur? - VİDEO
TOP 10
ARXİV