Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Elgünün dostları və qohumları da dindirildi - RƏSMİ

Tarix 20.05.25, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün əvvəl Gəncə şəhərində 11-ci sinif şagirdi Elgün İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. O, xəstəxanaya aparılsa da, bir gün sonra tibb müəssisəsində vəfat edib.

AzFakt.com modern.az-a istinadən xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında bildirilir ki, cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilən ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.

Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev məsələ ilə bağlı bildirib ki, ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxşılar keçirilib, mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib.

"Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyatı üzrə göndərilib. Bundan başqa hadisə yerinə yaxın intervalda yerləşən ictimai-iaşə obyektlərində quraşdırılmış müşahidə kameralırndan müəyyən görüntülər götürülüb. Eyni zamanda təhlükəsizlik kameralarından müəyyən görüntülər götürülüb. Həmin görüntülərə də baxış keçirilib. Bundan başqa mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib", - o qeyd edib.

Sabir Musayevin özlərinə görə, iş və məktəb yoldaşları, o cümlədən yaxınları, dostları, qohumları və digər şəxslər şahid qismində istintaqa cəlb edilərək, onların da dindirilməsi təmin edilib:

"Eyni zamanda hadisə barədə əlavə məlumatların əldə edilməsi, mövcud məlumatların yoxlanılması və dəqiqləşdirilməsi istiqamətində də əməliyyat qurumlarına da çoxsaylı əməliyyat tapşırıqları və sorğular verilib".

Xatırladaq ki, 18 yaşlı gənc Gəncə şəhərində yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.



Xəbərin oxunma sayı : 289




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap