Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Hindistan Pakistanın suyunu kəsir – müharibə vəziyyəti davam edir

Tarix 22.05.25, 16:58

Font ölçüsü : - / +
bitmap-img6


Hindistanın baş naziri Narendra Modi ölkəsinin ərazisindən Pakistana suyun verilməsinin dayandırıldığını açıqlayıb. Söhbət istifadə hüququ Yeni Dehliyə aid olan çaylardan gedir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qərar Kəşmirdə əksəriyyəti hindistanlı turistlərdən ibarət 26 nəfərin ölümü ilə nəticələnən son terror aktından sonra verilib.

Modi bu barədə mayın 22-də Racastan ştatında çıxışı zamanı bildirib. O vurğulayıb ki, Hindistan artıq terrorçuları dəstəkləməkdə ittiham etdiyi ölkəyə su vermək niyyətində deyil. Apreldəki hücumdan sonra Hindistan hakimiyyəti Pakistanı buna görə günahlandırmışdı. Rəsmi İslamabad ittihamları rədd edib.

Mayın 10-da əldə olunan atəşkəsə baxmayaraq, iki nüvə dövləti arasında münasibətlər son dərəcə gərgin olaraq qalır. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar atəşkəsin rəsmi olaraq qüvvədə olduğunu, lakin sərhəddə atışmaların davam etdiyini və bəzi qoşunların artıq başqa bölgələrə yerləşdirildiyini təsdiqləyib. O əlavə edib ki, növbəti hücumlar olarsa, Hindistan terrorçuları vuracaq.

Yeni Dehli tərəfindən atılan əsas addımlardan biri də Dünya Bankının vasitəçiliyi ilə 1960-cı ildə imzalanmış “Hind suları müqaviləsi”nin dayandırılması olub. Sənəd Pakistanın Hindistandan başlanan Hind, Jelum və Çenab çaylarından su almaq hüququnu təmin ediri. Onlar Pakistanın suvarılan torpaqlarının 80%-ni qidalandırırlar.

“Pakistan hər terror hücumuna görə yüksək qiymət ödəyəcək. Pakistan ordusu ödəyəcək, Pakistan iqtisadiyyatı ödəyəcək”, - Modi Pakistanla həmsərhəd olan Racastan əyalətində keçirilən mitinqdə deyib.

Aprel ayından etibarən ölkələr arasında qarşılıqlı məhdudiyyətlər var: ticarət dayandırılıb, sərhəd keçidləri bağlanıb və əksər vizalar ləğv edilib. Hindistan və Pakistan arasında gərginlik 1947-ci ildə Britaniya imperiyasının yarımadadan çıxarılmasından sonra bölündükdən sonra davam edir.



Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap